“Startap Azərbaycan 2015” Müsabiqəsinin yarımfinalçıları bu həftə məlum olacaq

15-04-2015 / 17:14

“Bu həftənin sonuna qədər “Startap Azərbaycan 2015” Müsabiqəsinin yarımfinal mərhələsində iştirak edəcək startap layhiyələrinin adları açıqlanacaq”.

Bu barədə Xəbərlər-ə  Startap Azərbaycan Təşkilat Komitəsinin üzvü, AİF-in prezidenti Osman Gündüz  məlumat verib.

Osman Gündüz qeyd edib ki,  hazırda ekspertlər tərəfindən 1-ci mərhələ qiymətləndirmə həyata keçirilir:

“Startap komandalarının qiymətləndirilməsi başa çatmaq üzrədir. Ekspertlər nəticələri Təşkilat Komitəsinə təqdim edirlər. Həftənin sonuna qədər  Komitə tərəfindən finala buraxılacaq startap layihələri  elan olunacaq”.

Xatırladaq ki,  Startap Azərbaycan TK –nın apardığı ilkin ekspertizanın nəticələrinə əsasən məlum olub ki,  cəmi 22 layihə qaydalarda nəzərdə tutulan zəruri məlumatları müsabiqəyə təqdim edib. Hazırda 22 satartap layihəsi arasında seçim aparılır.

Müsabiqənin yarımfinalına  iştirak hüququ qazanmış   startapların siyahısı  www.startup.az resursunda yerləşdiriləcək.

Müsabiqəyə buraxılan 22 startapın siyahısı da bu resursda yerləşdirilib.

Onu da qeyd edək ki, Müsabiqədə 2-ci-yekun qiymətləndirmənin aprelin sonunda keçirilməsi nəzərdə tutulub. Qaliblərin yekun təqdimat mərasimi isə  mayın əvvəlində təşkil olunacaq.

Qeyd edək ki, müsabiqədə qiymətləndirmə 5 istiqamətdə həyata keçirilir.

Belə ki, ekspertlər aşağıdakı istiqamətlər üzrə startap komandalarına qiymət verirlər:

-Komanda ( şanslılıq, təcrübə, bacarıqlar ),  layihənin davamlılığı (konkret plan, rəqabətə davamlılıq, investisiya imkanları, bazarda liderlik ), layihənin ideyası və cəlbediciliyi ( biznes planın anlaşıqlığı, cəlbedicilik, reallıq, risklər  ),layihənin gəlirliliyi (rentabellik, investisiyanın geri dönüşü müddəti, investment  ) , layihənin əhatə dairəsi( ərazi, insan sayı (user), xitab etdiyi seqment ) .

Müsabiqədə layihələr 10 ballıq sistemlə müəyyən edilir.

Startap Azərbaycan layihəsi Azərbaycan İnternet Forumunun təşkilatçılığı ilə keçirilir.

Layihəyə  Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İT-nin İnkişafı Dövlət Fondu, Elektron Hökumət Portalının operatoru - MHM və Yüksək Texnologiyalar Parkı dəstək verir.

Startap Azərbaycan-ın Akademik partnyoru isə ADA Universitetidir. 

İnfiPro, SİNAM , SMART Systems, Cybernet və Happy Baku şirkətləri də Startap Azərbaycan-a dəstək verirlər.

Məltəm Talıbzadə

 

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə