“Xalq kompüteri” pilot layihəsi başa çatır

08-09-2009 / 17:05

"Xalq kompüteri" pilot layihəsi sona çatır, bu barədə HP şirkətinin Azərbaycandakı nümayəndəliyindən bildirilib.

"Yaxın zamanda layihənin birinci mərhələsinin həyata keçirilməsi müddəti başa çatır, bununla əlaqədar olaraq gələcək realizə məsələsinin nəzərdən keçirilməsi gözlənilir", - şirkətdən verilən məlumatda deyilir.

Həyata keçirilməsi dörd ay müddətinə nəzərdə tutulan pilaot layihəyə aprel ayında start verilib. Pilot layihə çərçivəsində 2400-dən çox personal kompüter satılıb, onun da böyük əksəriyyətini (90 faiz) portativ kompüterlər təşkil edib.

Pilot layihə çərçivəsində beş min mini-nout (MiniNote), noutbuk və stolüstü kompüterlər ayrılıb. HP-nin məlumatına əsasən, satış həcminin azalması məzuniyyət və tətil dövrlərinin başlandlğı yay ayları üçün xarekterikdir, bu dövr praktiki olaraq hər zaman alıcı fəallığına mənfi təsir göstərir.

"Xalq kompüteri" pilot layihəsi çərçivəsində təklif edilən kompüterlər yalnız müəllimlər üçün nəzərdə tutulub. Layihə 12 ay müddətinə faizsiz, bazar qimətindən 25-40 faiz aşağı qiymətlərlə PK-nin satışını nəzərdə tutur.

Məlumat üçün bildirək ki, layihə HP və Microsoft şirkətlərinin iştirakı ilə həyata keçirilir. Texnikanın tədarükü HP-nin yerli tərəfdaşı Bestcomp Group şirkəti tərəfindən həyata keçirilir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə