Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi, eləcədə özəl şirkətlər tərəfindən Azərbaycanda həyata keçirilən “Xalq kompüteri” layihəsinin populyarlığı artır. Təhsil Nazirliyindən verilən məlumata görə, əgər layihənin ilkin mərhələlərində ona olan maraq bir qədər zəif olmuşdursa, hazırda layihə böyük populyarlıq qazanıb.
“Hazırda gün ərzində müəllimlər tərəfindən “Xalq kompüteri” layihəsi çərçivəsində kompüterlərin əldə olunmasına dair 50-yə qədər ərizə daxil olur. Və layihənin pilot mərhələsi üçün nəzərdə tutulmuş bütün kompüterlər artıq alınıb”, - deyə Təhsil Nazirliyində bildiriblər.
Pilot layihəsi çərçivəsində kompüterlər əsasən təhsil işçiləri üçün nəzərdə tutulur. İlkin mərhələdə 500, gələcək 2-3 ay ərzində isə 3000 kompüter nəzərdə tutulmuşdur. Bundan sonrakı 3 il ərzində layihə üçün 100 min kompüter ayrılacaq. Qeyd edək ki, pilot layihəsində artıq komplektləşdirilmiş kompüterlər təqdim olunur.
Gələcək mərhələlərdə kompüterlərin satışı Kür və Ultra kimi yerli kompüter istehsalçıları ilə birgə həyata keçiriləcək. Xatırladaq ki , “Xalq kompüteri” layihəsinin tərəfləri Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi, HP və Microsoft şirkətinin Azərbaycandakı nümayəndəlikləridir.
Qeyd edək ki, layihəyə 10 aprel 2009-cu il tarixində start verilib. Pilot mərhələsi 4 ay ərzində reallaşdırılacaq. “Xalq kompüteri” çərçivəsində kompüterlərin bazar qiymətindən 25-40% aşağı qiymətlərlə güzəştli şərtlərlə 12 aylıq faizsiz kreditlə təqdim olunması nəzərdə tutulur. Kompüterlərin təchizatı ilə HP-nin yerli tərəfdaşı Bestcomp Group şirkəti məşğul olacaq.İlkin mərhələlərdə güzəştli şərtlərlə 4 növdə kompüter və noutbuk (5000 ədəd) təqdim olunacaq. Azərbaycan hökuməti və dünyanın aparıcı şirkətləri tərəfindən həyata keçirilən bu layihənin məqsədi əhalinin güzəştli şərtlərlə kompüterlərlə təmin olunması, yerli istehsalın genişləndirilməsi və kompüterlərin lisenziyalı proqramlarla təmin olunmasıdır. http://www.abc.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri