Previous Next
Bağla

Kirayə Mənzil Elektron sistemində Nə üçün indiyədək 213 nəfər kirayə mənzil rəsmiləşdirib?

20-08-2020 16:03
Kirayə Mənzil Elektron sistemində Nə üçün indiyədək 213 nəfər kirayə mənzil rəsmiləşdirib?
Güzəştli mənzil və Kirayə mənzil dövlət layihələri haqqında
 
Xeberler.az bildirir ki, MİDA 10 sentyabr 2020-ci il tarixində yenidən mənzillərin onlayn satışını elan edib. Bu məqsədlə “Güzəştli mənzil” elektron sisteminin DEMO versiyasını (sınaq versiyasını ) istifadəyə verib.
 
DEMO versiya 09 sentyabr 2020-ci il tarixi saat 00:00-dək aktiv olacaq. Sistem vasitəsilə aparılan əməliyyatlar hər gün bəlli vaxtlarda yenilənərək sıfırlanacaq.
Uduş şansını yüksəltmək üçün aşağıdakılar tövsiyyə olunur:
 
1. Kompüterdən və internetdən sürətli istifadə bacarığının olması əhəmiyyət kəsb edir.
 
2. Normal, dayanıqlı internet və işlək vəziyyətdə olan kompüter tövsiyyə olunur. İnternetin yüksək sürətdə olması ciddi əhəmiyyət kəsb etmir, sadəcə kəsilməz olmalıdır.
 
3. DEMO versiyada daha çox test etmək tövsiyyə olunur.
 
4. Satışdan bir neçə saat əvvəl “Elektron hökumət” portalı üzərindən “Güzəştli mənzil” sisteminə daxil olmaq (Elektron İmza və ASAN imza qaydasında olmalıdır)
 
5. CAPTCHA–da simvolları daha sürətli daxil etməyə hazır olmaq. Digər istifadəçinin də köməyindən istifadə etmək olar
 
6. Uduş əldə edənlərlə əlaqə saxlayıb kompüterdə işləyərkən istifadə etdikləri metodları nəzərdən keçirmək də faydalı ola bilərdi.
 
7. DEMO-da seçim edənlərin öz seçim proseslərinin videosunu çəkib digərləri ilə müqayisə etməsi də faydalı olar
 
Bununla bağlı Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz açıqlama verib.
 
Ekspert Mənzillərin satmaq öhdəliyi ilə kirayə verilməsi haqqında danışıb:
 
"İpoteka və Kredit Zəmanət Fondu indiyədək cəmi 213 mənzili kirayə verə bilib.
Təəssüf ki, bu dövlət layihəsi haqqında ətraflı bilgi əldə etmək mümkün deyil. Açıqlamalar verilmir. Xatrılayıram ki, layihənin start verildiyi ilkin dövrlərdə müraciətlər, maraqlananlar hədsiz çox idi. Hətta müraciətlərin çox olması səbəbindən böyük vəsaitlər hesabına hazırlanan Kirayə Mənzil Elektron sistemi də iki dəfə çökmüşdü və uzun müddət sistemi işə salmaq mümkün olmamışdı.
 
ASAN-nın köməyi ilə elektron sistem işə salınandan sonra bildiyim qədər ötən bir il müddətində indiyədək cəmi- cümlətanı 213 mənzil rəsmiləşdirilib. Təklif edilən mənzillərin sayının isə rəsmiləşdiriləndən çox olduğu elan edilmişdi.
 
Xatırlayıram ki, sistem işə düşəndən etibarən ən azi 6-7 min vətəndaşın elektron müraciət üçün qeydiyyatdan keçdiyi də bildirilirdi.
 
Nə üçün indiyədək cəmi 213 nəfər kirayə mənzil rəsmiləşdirib?
 
Ekspert bu sulı belə cavablandırıb:
 
"Əldə etdiyim məlumatlar onu deməyə əsas verir ki, İpoteka və Kredit Zəmanət Fondunun dövlətin bu əhəmiyyətli layihəsinə kommersiya baxımından yanaşması sonda bu layihəyə olan marağı sıfra endirib. Maraqlandığım xeyli insanlar artıq hədsiz baha olması ucbatından Fondun təklif etdiyi mənzillərdən imtina edib.
Ekspertlərin hesablamalarına görə Fondun təlkif etdiyi şərtlərlə mənzilin bir kvadrat metri üçün nəzərdə tutulan qiymət Bakı və Sumqayıt üzrə bazar qiymətlərindən xeyli baha başa gəlir.
 
Kirayə verilən mənzillərin qiyməti bazar qiyməti ilə müqayisədə əhəmiyyətli dərəcədə baha olduğundan artıq bu layihə öz sosial əhəmiyyətini itirmiş kimi görsənir.
 
Ümid edirəm Fond rəhbərliyi Prezidentin fərmanı ilə reallaşan bu dövlət layihəsinə biznes yanaşmasına yenidən baxacaq, ilkin və aylıq ödənişləri əlçatan etməklə ehtiyacı olanların mənzil əldə etməsinə imkan yaradacaq"
 
 
 
 
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Güzəştli mənzillərin növbəti onlayn satışı həyata keçiriləcək

15-10-2019

Güzəştli mənzil seçimində necə uğur qazanmaq olar?

11-07-2023

Sabah Güzəştli mənzil sisteminin demo versiyası deaktiv olunacaq

09-07-2019

Güzəştli mənzil əldə etmək üçün bunları edin - Şərtlər

09-04-2019

MİDA Güzəştli Mənzil onlayn satış sisteminə dəyişiklik edib

19-09-2019

Güzəştli mənzillərin onlayn satışı ilə bağlı DEMO yenidən işə salınıb

20-06-2019

MİDA:Vətəndaşların nəzərinə!

15-08-2022

Azərbaycanda satmaq öhdəliyi ilə kirayə mexanizmi yaradılıb

28-01-2019

Güzəştli mənzil sisteminin sınaq versiyası istifadəyə verilib

17-09-2019

“Güzəştli mənzil” sisteminin DEMO versiyası istifadəyə verilib

25-02-2022

Güzəştli mənzillərin satışı başlayacaq

03-09-2018

“Güzəştli mənzil” sisteminin sınaq versiyası istifadəyə verilib

05-07-2023

Kirayəçi statusu necə əldə olunacaq?

02-03-2020

Elektron hökumət portalı üzərindən sınaq mühitində mənzil seçimi təşkil olunub

14-01-2019

Güzəştli mənzil sisteminin sınaq versiyası təqdim olundu

09-04-2019

Ekspert : Ümid edirəm mənzillərin növbəti onlayn satışı bu dəfə problemsiz ötüşəcək

21-01-2019

Ipoteka krediti və kirayə mənzilləri “SİMA İmza” ilə də əldə etmək olacaq

05-02-2026

"Elektron ipoteka və kredit zəmanət” sistemi yenidən çöküb

24-01-2023

Güzəştli mənzil sisteminin sınaq versiyası aktivdir

13-08-2018

Güzəştli mənzillərin növbəti seçimi başa çatdı

16-12-2023

Güzəştli mənzillərin onlayn satışı iki ay uzadılıb

06-09-2018

Güzəştli mənzil sistemində təkmilləşdirmə işləri aparılır

26-12-2018

MİDA mənzillərin növbəti seçimini həyata keçirib

16-07-2019

MİDA güzəştli mənzillərin növbəti onlayn satışını həyata keçirib

31-03-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə