Google yeni məhsullarını təqdim etdi

30-09-2015 / 21:10

Məlumat verdiyimiz kimi, Google yeni məhsullarını təqdim etməyə hazırlaşırdı.

Xeberler.az xarici mətbuata istinadən məlumat  verir ki, şirkət dünən  Kaliforniyada keçirdiyi  təqdimatda Nexus istehsal xətti üzrə iki yeni smartfonunu LG  istehsalı 5x və Huawei  istehsalı 6P-ni  nümayiş etdirib.

Qeyd edək ki, Nexus 6P  2560x1440 nöqtə təsvir ölçülü 5.7 düymlük AMOLED ekrana malik Nexus 6 smartfonunun varisidir.

Nexus 6P  cihazı fiziki ölçülərinə görə iPhone 6s Plus-a uyğundur, ancaq daha yüksək təsvir ölçüsünə malik böyük ekranla təchiz edilib. Bu cihaz tamamilə metal korpusla və ön paneldə iki keyfiyyətli dinamika ilə təchiz edilmiş ilk Nexus modelidir.


 
Nexus 6P smartfonuna Sony  istehsalı olan 12,3 meqapiksellik kamera quraşdırılıb. Qurğu saniyədə 30 kadr sürətlə 4K formatında çarxlar çəkə bilir.

Nexus 6P smartfonunda ön kameranın təsvir ölçüsü 5 meqapikseldir.

Nexus 5X  LG şirkətinin populyar Nexus 5 smartfonunun yeni versiyasıdır. Yeni qurğuda ekranın diaqonalı 5,2 düym təşkil edir. Bundan başqa, smartfon, həmçinin Nexus Imprint, USB Type-C portu və Snapdragon 808 prosessoru ilə təchiz edilib.

 5x smartfonunda ekranın təsvir ölçüsü əvvəlki kimi 1080p-dir, ancaq kameranın təsvir ölçüsü 12 meqapikselədək artırılıb.

Nexus Imprint  barmaq izləri skaneri həm smartfonda hansısa məlumatlara giriş, həm də ödənişlərin edilməsi üçün tətbiq edilir.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə