Hərəkət edən proyektorla təchiz olunmuş smartfonun prototipi təqdim edilib

29-05-2015 / 19:40

Pekində keçirilən “Tech World” sərgisində Çinin “Lenovo” şirkəti  təsviri yayımlamağa və müxtəlif səthlərdə virtual sensor ekran yaratmağa imkan verən proyektorla təchiz olunmuş “Smart Cast” adlı qurğunun prototipini təqdim edib.

Xeberler.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, hərəkət edən mexanizmə malik proyektor smartfonun aşağı hissəsində yerləşdirilib. Qurğu adi vəziyyətdə təsvir və ya videonun şaquli səthdə yayımlanması üçün nəzərdə tutulub.

Smartfonu 180 dərəcə çevirdikdə və şaquli vəziyyətə gətirdikdə proyektor güzgülü sistem vasitəsilə masada və ya digər üfüqi səthdə virtual sensor ekran yaradır.

“Smart Cast” smartfonunun satışa çıxarılma tarixi haqqında məlumat verilməyib.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə