LG şirkəti Koreya Respublikasında yeni LG G Pad II 8.0 planşetini təqdim edib.
Xəbərlər-in xarici sayta istinadən verdiyi məlumata görə, LG G Pad II 8.0 planşeti 1280x800 nöqtə təsvir ölçülü 8 düymlük sensor IPS ekran, cızıqlardan qorunmuş Gorilla Glass 3 şüşəsi ilə təchiz olunub. Qurğu 1,2 QHs takt tezlikli dördnüvəli Snapdragon 400 prosessoru ilə işləyir. Planşetin əməli yaddaşının tutumu 1,5 qeqabayt (QB), daxili yaddaş isə 32 QB təşkil edir. Həmçinin 128 QB tutumunda microSD formatlı yaddaş kartları üçün slot nəzərdə tutulub. Planşetin əsas kamerasının təsvir ölçüsü 5 meqapiksel, ön kamerada isə 2 meqapiksel təşkil edir.
Daxili akkumulyator batareyasının tutumu 4200 illiamper/saatdır. Planşet Android 5.0 Lollipop mobil əməliyyat sistemi ilə işləyir. LG G Pad II 8.0 planşetinin çatdırılma dəstinə stilus daxildir. Qurğunun qiyməti hələ ki, açıqlanmayıb.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri