Koreya nümayəndələri “Azərpoçt” DM-də olublar

24-07-2009 / 16:03

Azərbaycan və Koreya arasında bu ilin aprel ayında poçt sahəsində imzalanmış Anlaşma Memorandumu çərçivəsində Koreya Respublikasının Sənayenin İnkişafına Yardım Agentliyinin (KİPA) nümayəndələri Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Azərpoçt” Dövlət Müəssisəsinin modernləşdirilməsinə yönəlmiş Texniki-İqtisadi Əsaslandırma Layihəsinin tamamlanması və yekun hesabatın təqdim edilməsi məqsədilə Azərbaycanda səfərdə olublar.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən verilən məlumata əsasən nümayəndə heyətinə həmçinin Koreyanın Elektronika və Telekommunikasiya Tədqiqatları İnstitutunun, eləcədə Koreya poçtunun əməkdaşları daxildir.

Səfər zamanı qonaqlar Azərpoçt Dövlət Müəssisəsinin rəhbərliyi ilə görüşlər keçiriblər, agentlik tərəfindən hazırlanmış hesabatı müzakirə ediblər, Azərbaycan poçtunun inkişafına dair fikir mübadiləsi aparıblar.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə