“Kosmik sahədə Azərbaycanda ixtisaslı kadrlar yetişir”

27-06-2015 / 11:29

Azərbaycanın Kosmik Proqramının məsləhətçisi akademikRoald Saqdeyev“Azərkosmos” ASC-yə səfər edib

“Azərkosmos”-dan Xeberler.az-a verilən məlumata görə, fizika-riyaziyyat elmləri doktoru, SSRİ Elmlər Akademiyası və Rusiya Elmlər Akademiyasının akademiki Roald Zinnuroviç Saqdeyev“Azərkosmos” ASC-nin Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinə (ƏYPİM) səfər edib.

Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev, Azərbaycan Diplomatik Akademiyasının rektoru  Hafiz Paşayev, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, akademik Arif Mehdiyev də səfərdə iştirak edib.

Görüş zamanı qonaqlara Azərkosmosun fəaliyyəti, idarəçiliyində olan peyklər və şirkətin gələcək planları barədə geniş məlumat verilib.

Roald Saqdeyev öz növbəsində göstərilən diqqətə görə təşəkkürünü bildirərək Azərbaycanda kosmik fəaliyyətin uğurla həyata keçirildiyini  və bu sahədə kifayət qədər ixtisaslı kadrların yetişdiyini qeyd edib. Dünya şöhrətli alim, həmçinin, Azərkosmosun gələcək fəaliyyətinə dair öz rəy və tövsiyələrini bildirib.

Qeyd edək ki, Azərbaycanın ilk kosmik peykinin orbitə buraxılması məsələləri və ölkəmizdə kosmik proqramın inkişaf sahəsindəRoald Zinnuroviç Saqdeyevin dəyərli tövsiyyələri  olub.

Sevinc Çəltikova

 

 

ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.