Previous Next
Bağla

"Azərbaycanda kritik informasiya infrastrukturu obyektlərinin siyahısı dərc olunacaq"

31-05-2023 17:40
"Azərbaycanda kritik informasiya infrastrukturu obyektlərinin siyahısı dərc olunacaq"

Azərbaycanda kritik informasiya infrastrukturu obyektlərinin siyahısı dərc olunacaq və hazırda beynəlxalq təcrübəyə əsaslanaraq belə obyektlər olan sahələr müəyyənləşir.

Xeberler.az məlumat verir ki,  bunu Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov Bakıda keçirilən “II Milli Kibertəhlükəsizlik Forumu"nda deyib.

"Nəzərə alsaq ki, 4-cü Sənaye İnqilabını yaşayırıq və bu dövrdə hər şeyin avtomatlaşdırılması və rəqəmsallaşması tələb edilir. Bu zaman biz kritik informasiya infrastrukturunun olduğunu qəbul edib, bunun təhlükəsizliyində maraqlı olmalıyıq. Beynəlxalq təcrübələrdən biz Avropa, İsrail, Türkiyə və Rusiya təcrübələrinə nəzər saldıq. Bu təcrübələr arasında Almaniya və Rusiya təcrübəsi seçilirdi. Bu ölkələrdə kritik informasiya infrastrukturu obyektləri 3 səviyyədə - vaciblik meyarlarına görə təsnifatlaşdırılır. Digər dövlətlərdə yalnız sektor olaraq, məsələn, səhiyyə sektoru, dövlət idarəçiliyi, maliyyə bazarları, su təchizatı sahəsi kritikdir deyə bütün sahələr kritik sayılır", - D. Rüstəmov bildirib.

O qeyd edib ki, Azərbaycanda əhalinin təminatı üzrə mühüm sahələr var: "Məsələn, çoxlu sayda çağrı sistemləri mövcuddur, bunların arasında Təcili Tibbi Yardım sistemi də var ki, hər kəs bundan istifadə edir və əhalinin mühüm təminatı sayılır. Bu sistemdə baş verəcək hər hansısa bir xəta, bilərəkdən, bilməyərəkdən, hədəfli şəkildə keçirilmiş kiber hücumlar və ya hər hansısa formada funksional imkanların pozulması çətinliklərə gətirib çıxara bilər. 2018-ci ildə elektrik enerjisi şəbəkəsində yaranan böhran, 2015-ci ildə Ukraynada SKADA sistemlərinə olan kiberhücumlar və digər məsələləri misal gətirmək olar. Artıq müharibələr insalara, hərbi obyektlərə deyil, kritik infrastrukturlara qarşıdır. Texnologiya hər zaman risklidir və ona tam güvənmək olmaz".

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanda "Kritik informasiya infrastrukturu obyektlərinin siyahısı" təsdiq ediləcək

26-10-2023

Davud Rüstəmov: Kritik informasiya sistemlərində müasir arxitektura və topologiya formalaşdırılıb

26-11-2025

Kritik infrastrukturlara olan qlobal kibertəhdid aktorlarının hücumlarının qarşısı vaxtında alınıb

09-10-2025

“Kritik informasiya infrastrukturu obyektlərinin siyahısı” təsdiq edilib

29-11-2024

DTX yeni səlahiyyətlər əldə edib

07-07-2022

Kritik informasiya infrastrukturuna kiberhücumun qarşısı alınıb

19-12-2025

Kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı ilkin qiymətləndirmə aparılıb

26-09-2025

Azərbaycanda kibertəhlükəsizliklə bağlı yenilik

04-04-2023

Osman Gündüz: Milli Kibertəhlükəsizlik Mərkəzi aktiv fəaliyyətə başlayır

10-12-2024

Kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə Komissiyanın iclası keçirilib

16-01-2026

Kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı komissiya yaradılıb

21-07-2025

Kritik informasiya infrastrukturu obyektlərinin reyestrinin strukturu təsdiqlənib

20-07-2023

"Azərbaycanda kritik informasiya infrastrukturu sahəsində hüquqi baza formalaşdırılır"

23-09-2023

Kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə səlahiyyətli orqanlar müəyyənləşib

20-07-2023

Ukrayna Azərbaycana kiberdayanıqlılıq mərkəzinin yaradılmasında tərəfdaşlıq təklif edir

09-10-2025

DTX kiber sektorda biznes və vətəndaş üçün daha əlçatan olub

05-06-2024

Osman Gündüz: Kritik infrastruktura dair qanunda ciddi ziddiyyətlər var

13-08-2025

Kritik informasiyaların təhlükəsizliyi necə təmin ediləcək?-ŞƏRH

20-07-2023

AKTA üzvü olan şirkətlər ilə görüş keçirilib

30-09-2025

Qurumlarda kibertəhlükəsizlik departamentləri yaradılır

31-01-2024

XRİTDX: Son 5 ildə dünyada kiberhücumların sayı artıb

05-09-2025

Ekspert:Kritik qurumların kibertəhlükəsizliyi necə təmin olunacaq?

07-05-2022

Ekspert: iTicket şirkəti də kritik informasiya infrastrukturunun subyektləri siyahısına daxil edilməlidir 

14-08-2022

Dövlət qurumlarının rəhbər nümayəndələri üçün kibertəhlükəsizlik seminarı keçirilib

17-06-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə