LG G2 telefonunu daşıyan yük maşını oğurlanıb

27-10-2013 / 11:40

Cənubi Koreyanın texnologiya nəhəngi L-nin  yeni telefonu  LG G2 bu dəfə maraqlı bir hadisəyə mövzu olub.

Xəbərlər-in xarici sayta istinadən verdiyi məlumata görə, ABŞ-ın Kentuki əyalətinin məşhur operatoru  Sprint üçün LG G2 telefonlarını daşıyan yük maşını qaçırılıb. Tam olaraq 22 min 500 ədəd LG G2-ni daşıyan yük maşınının sürücüsü  fasilə verib və geri dönəndə isə maşın yerində olmayıb.

Gələn ay Kentukinin Sprint mağazalarında satışa təqdim edilməsi planlaşdırılan  telefonların oğurlanmasından sonra əyalət polisi və FBI istintaqa başlayıb. LG şirkətinin nümayəndəsi bildirib ki, oğurluq hadisəsi nəticəsində şirkətə ümumilikdə 14 milyon dollar ziyan dəyib.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə