Ən incə Galaxy gəlir

17-04-2015 / 11:34

Galaxy S6 və S6 Edge-ni yeni tanıdan Samsung indi də ən incə Galaxy telefonunu hazırlayır.

Xəbərlər-in xarici mətbuata istinadən verdiyi məlumata görə, yeni mobil cihaz olan A8 haqqında ipucları ortaya çıxıb. Galaxy A8 5,9 mm-lik profili ilə Samsung-un indiyə qədərki ən incə telefonu olacaq. Bu xüsusiyyəti özündə daşıyan Galaxy A7 isə 6,3 mm qalınlığındadır. Galaxy A7-nin 5,7 düymlük Full HD ekrana, Qualcomm 615 prosessora, 2GB RAM-a sahib olacağı deyilir.

Yayılan məlumata görə, cihaz 16 megapiksellik bir arxa kameraya və 5 megapiksellik ön kamera malik olacaq. Qutusundan Android 5.0.1 ilə çıxacağı deyilən Galaxy A8-in əsas təəccüb doğuran məqamı isə yalnız Çində satışda olacağıdır.

 

                                                                                             Sevil Rəsulzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə