Günümüzün ən böyük problemlərindən biri ağıllı telefonların batareya ömrünün az olması və onu hər gün doldurmaq məcburiyyətində olmağımızdır. Çinli bir şirkət İnnos bu problemi həll etmək üçün yeni ağıllı telefonu D6000-ü tanıdıb.
Xəbərlər-in verdiyi məlumata görə, İnnos-un yeni telefonunun əsas özəlliyi 6000 mAh gücündə batareyaya sahib olmasıdır. Cihazın ən maraqlı yanı isə 2 batareyanın mövcudluğudur. Telefonda 2480 mAh daxili və 3520 mAh gücündə çıxardılabilən batareya yerləşir. İstehsalçılar isə çox istifadə olunduğu halda telefonun 3-5 gün fəaliyyət göstərəcəyini bildirib.
Cüt batareyaya sahib olmasına baxmayaraq 188 qr ağırlığında olan telefonun daha bir özəlliyi 11,9mm qalınlığı və yeni dünyəvi C Tipi USB bağlayıcıya sahib olmasıdır. Android 5.0 Lollipop ilə işləyən İnnos D6000 290 dollara satişa çıxarılacaq.
Sevinc Əsədova
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri