Yeni ağıllı telefon: IMAN i5800C

02-06-2015 / 17:24

IMAN qaya qədər möhkəm ağıllı telefonu olan i5800C-ni təqdim edir. 

Xəbərlər-in xarici mətbuata istinadən verdiyi məlumata görə, ilk görünüşdən zirehli bir örtüyə sahib olan ağıllı telefonun korpusu tank kimi sağlam və zərbələrdən təsirlənməyən bir plastik və silikon qoruyucu vəsaitlərlə birgə istifadə verilib. Dayanıqlılıq və uyğun qiymət istəyən istifadəçilər üçün hazırlanan IMAN i5800C tamamilə sudan və tozdan təsirlənmir.

IMAN i5800C telefonunda  MediaTek-in MT6582 prosessoru iştirak edir və telefonun dayanıqlı arxa qapağının altında isə 2900 mAh tutumunda çalışan  batareya yer alacaq.

IMAN i5800C-nin ekranı isə 4,5 düym ölçüsündə 960 x 540 IPS ekrana malikdir. i5800C-nin D-dayanıqlı korpusunun daha alt hissələrinə enəcək olsaq tərkibində 8 GB daxili yaddaşın, 1 GB RAM-ın yer aldığını və Android 4.4 KitKat ağıllı telefonun əməliyyat sistemini təşkil edir.

İyunun 5-də satışa təqdim ediləcək olan IMAN i5800C-nin qiyməti 129 dollar olacaq.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə