İxracatçılar Klubunun 2018-ci ildə ilk iclası və “Made in Azərbaijan” loqosunun təqdimatı keçirilib.
Xeberler.az bildirir ki, tədbirdə rəsmi şəxslərlə yanaşı, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 100-ə yaxın iş adamı iştirak edib.
İqtisadiyyat nazirinin müavini Sahil Babayev İxracatçılar Klubunun Azərbaycan məhsullarının xarici bazarlara ixrac edilməsində istehsalçılara dəstək göstərmək məqsədilə yaradıldığını qeyd edib, qeyri-neft ixracının coğrafiyasının genişləndirilməsi, ənənəvi bazarlarda Azərbaycan məhsullarının mövqelərinin daha da gücləndirilməsi, "Made in Azerbaijan" brendinin dünyada tanıdılması istiqamətində görülən işlər barədə məlumat verib, bu istiqamətdə dəstək mexanizmlərinin uğurla həyata keçirildiyini bildirib.
Bildirilib ki, 2017-ci il ərzində 10 ölkəyə 10 ixrac missiyası təşkil edilib. Bu ixrac missiyalarında 160-dan çox şirkət iştirak edib. Bundan başqa, müxtəlif xarici ölkələrdə 251-ə yaxın görüş keçirilib, 11 ölkə ilə əməkdaşlığa dair müqavilələr imzalanıb.
Nazir müavini qeyd edib ki, 2017-ci ildə qeyri-neft ixracı 24%, o cümlədən kənd təsərrüfat məhsullarının ixracı 28%, sənaye məhsullarının ixracı 21%, xarici ticarət fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektlərin sayı 7% artıb. Ötən il Azərbaycan 3100 çeşiddə məhsul ixrac edib. 2017-ci ildə 160-dan çox şirkətə ixrac üzrə fərdi qaydada xidmətlər göstərilib, 44 sahibkarlıq subyektinə 2,8 mln. manat ixrac təşviqi ödənilib.
Bu məqsədlə həyata keçirilən tədbirlərdən biri də “Made in Azerbaijan” loqosunun hazırlanaraq Patent və Əmtəə Nişanları Mərkəzində qeydiyyata alınmasıdır.
“Patent və Əmtəə Nişanları Mərkəzi” publik hüquqi şəxsin baş direktoru Günel Sevdimalıyeva sahibkarlara məxsus brendlərin və patent hüquqlarının xarici ölkələrdə qorunmasının iqtisadi və texniki əhəmiyyəti barədə məlumat verib, “Made in Azərbaijan” loqosunun patentləşdirilməsinin zərurətini diqqətə çatdırıb.
AZPROMO-nun rəhbəri Rüfət Məmmədov “Made in Azerbaijan” brendinin təşviqi istiqamətində 2017-ci ildə görülmüş işlər və 2018-ci ildə bu sahədə reallaşdırılacaq tədbirlərdən danışıb.
Loqonu hazırlayan “Leo Burnett” şirkətnin nümayəndəsi Abbas Fətullayev “Made in Azərbaijan” loqosunun təqdimatı ilə çıxış edib. Loqonun strategiyası, başqa ölkələrin bu sahədə təcrübəsi barədə məlumat verilib və qeyd edilib ki, “Made in Azərbaijan” loqosu özündə Azərbaycanın zəngin təbiətini və təbii sərvətlərini, müasirliyi, ölkəmizin yüksək mədəni səviyyəsini, eyni zamanda xalq sənətkarlığının atributlarını əks etdirir.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri