Previous Next
Bağla

Patent hüququ ilə bağlı beynəlxalq seminar keçirilir

28-11-2017 10:34
Patent hüququ ilə bağlı beynəlxalq seminar keçirilir

Bakıda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Patent və Əmtəə Nişanları Mərkəzi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) təşkilatçılığı ilə “Patent hüququ müqaviləsi və onun tətbiqi” mövzusunda 2 günlük regional seminar öz işinə başlayıb.

Komitədən Xeberler.az-a verilən məlumata görə, seminarda çıxış edən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) sədrinin müavini Niyazi Rəhimov Azərbaycanda qeyri-neft sənayesinin inkişafı istiqamətində dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlardan danışıb.

Bildirib ki, yeni iqtisadi modelə keçidlə iqtisadiyyatımız innovasiyalar, texnologiyalar və qeyri-neft sektoru hesabına inkişaf etməkdədir. Niyazi Rəhimovun sözlərinə görə, elmi-texnoloji yeniliklər bütün sahələrdə əmək məhsuldarlığının və rəqabətqabiliyyətliliyin yüksəldilməsinə xidmət edir, məhsula əlavə dəyər verir. O bildirib ki, beynəlxalq təcrübədə sahibkarlar innovativ təşəbbüslərin meydana çıxmasında fəal iştirak edir. Bir çox hallarda, kiçik və orta sahibkarlığın təqdim etdiyi yeni məhsul və xidmətlər, ixtiralar sonrakı mərhələlərdə iri şirkətlər tərəfindən dəstəklənərək, sənaye miqyasında istehsala yol açır, böyük iqtisadi uğurla nəticələnir.

Əqli mülkiyyət hüquqularının qorunmasını təmin edən müasir qanunvericilik bazasının olduğunu deyən komitə sədrinin müavini dövlət tərəfindən innovativ iqtisadiyyatın dəstəklənməsi üçün görülən zəruri tədbirlərdən danışıb. Bildirib ki, ölkəmizin əqli mülkiyyət hüquqları sahəsində beynəlxalq təşkilatlarda iştirakı yerli sahibkarlarımıza daha çevik və faydalı xidmətlər göstərməyə imkan yaradır. “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent almasına dair Prezidentin fərmanının icrası baxımından da Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin qurumları tərəfindən göstərilə biləcək xidmətlərin sayı artmaqdadır.

Cari ilin 10 fevral tarixində dövlət başçısı tərəfindən imzalanmış fərmana əsasən keyfiyyət infrastrukturu və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmə təkmilləşdirilərək metrologiya, standartlaşdırma və akkreditasiya sahələrinə xidmət göstərəcək qurumlarla bərabər “Patent və Əmtəə Nişanları Mərkəzi” publik hüquqi şəxsin təsis edildiyini deyən N.Rəhimov mərkəzin Azərbaycanda elmin, sənayenin, ümumilikdə iqtisadiyyatın inkişafında stimullaşdırıcı rolunun artacağına əminliyini ifadə edib.

Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Patent hüququ şöbəsinin müdiri Marko Aleman isə təmsil etdiyi təşkilat ilə komitənin əlaqələrindən danışıb. O bildirib ki, Azərbaycan ÜƏMT üçün faydalı və uğurlu tərəfdaşdır. ÜƏMT-nin əksər saziş və müqavilələrinə qoşulmaqla bu sahədə maraqlarını bəyan edən Azərbaycan əqli mülkiyyət hüquqlarının mühafizəsi sahəsində beynəlxalq tələblərə uyğun inkişafını təmin edir. Qonaq qeyd edib ki, təşkilatın Azərbaycanın əqli mülkiyyət hüquqlarının təminatı sisteminə dəstəyi bundan sonra da davam edəcək. O, “Patent hüququ” müqaviləsinin (PLT) ümumi icmalını iştirakçıların diqqətinə çatdırıb.

Daha sonra seminar beynəlxalq ekspertlərin ixtiraçılıq sahəsinin təşviqi, iddiaçılara daha çevik və asan xidmətlərin göstərilməsində “Patent hüququ” müqaviləsinin əhəmiyyəti, müqavilənin tələbləri, müvafiq prosedurları sadələşdirən müddəalar, ehtiyatsızlıqdan hüquqların itirilməsinin qarşısının alınmasına yönəlmiş “Patent hüququ” müqaviləsinin müddəaları ilə bağlı məruzələrlə davam etdirilib.

Seminarda komitə rəsmiləri, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının nümayəndələri ilə yanaşı digər dövlət qurumlarının əməkdaşları və biznes qurumlarının təmsilçiləri iştirak edir.

Qeyd edək ki, seminar beynəlxalq ekspertlərin mövzu üzrə məruzələri noyabrın 29-da da davam etdiriləcək.

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Kreativ iqtisadiyyat: data modeli, ölçülməsi və əqli mülkiyyət” adlı seminar keçiriləcək

27-11-2024

Azərbaycan Ümumdünya Əqli Mülkiyyət Assambleyasında təmsil olunacaq

15-09-2009

Azərbaycanda beynəlxalq standart tətbiq olunacaq

29-06-2011

Əqli Mülkiyyət Və Innovasiya sərgisi işə başlayır

23-12-2014

“Kreativ iqtisadiyyat: data modeli, ölçülməsi və əqli mülkiyyət” adlı seminar keçirilir

02-12-2024

İnnovasiya fəaliyyəti və patent məsələsi müzakirə edilib

02-12-2016

ÜƏMT: Azərbaycanda süni intellekt ekosistemi hədəf deyil, reallıqdır

09-12-2025

“Azərbaycan 2020: gələcəyə baxış: kreativlik, əqli mülkiyyət və innovasiyalı inkişaf” mövzusunda konfrans keçirilib

24-04-2015

Azərbaycanda “Azərbaycan 2020: Gələcəyə baxış. Əqli mülkiyyətin sənayenin inkişafındakı rolu” mövzusunda konfrans keçiriləcək

22-04-2014

“Əqli mülkiyyət və süni intellekt” mövzusunda konfrans işə başlayıb

09-12-2025

"Tətbiq və bacarıqların artırılması” layihəsi üzrə növbəti onlayn tədbir keçirilib

29-04-2022

STANDARTLAŞDIRMA, METROLOGİYA VƏ PATENT ÜZRƏ DÖVLƏT KOMİTƏSİ TƏRKİBİNDƏ MƏLUMAT MƏRKƏZİ YARADILIR

10-02-2009

İnformasiya təhlükəsizliyi üzrə Azərbaycan milli standartlarının tətbiqinə başlanılacaq

16-05-2009

İnformasiya texnologiyaları sahəsində yeni Dövlət standartı təsdiq edilib

15-04-2009

“Əqli mülkiyyət idarələri üçün İKT yetkinlik indeksi”nə baxılıb

16-04-2026

Cenevrədə Azərbaycan startaplarının təqdimatı keçiriləcək

10-10-2018

Standartlaşdırma üzrə “İnformasiya-kommunikasiya texnologiyaları” Texniki Komitəsinin növbəti iclası keçirilib

29-12-2008

Qlobal İnnovasiya İndeksinin göstəriciləri müzakirə edilib

17-05-2025

Əqli mülkiyyətin qorunmasına dair konfrans keçirilib

30-10-2018

Əqli Mülkiyyət Agentliyi və İİTKM arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

11-02-2019

“Əqli mülkiyyət müasir mərhələdə” mövzusunda “Dəyirmi masa” keçirilir

26-04-2024

Azərbaycanda İKT sahəsində milli standartların və təsnifatların işlənib hazırlanması həyata keçirilir

28-10-2009

“Made in Azerbaijan” brendinin loqosu

14-01-2018

Nazir: Lisenziyalı proqramlardan istifadə kiber riskləri azaldır

07-11-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə