Previous Next
Bağla

MasterCard: “Azərbaycan startap layihələrini dəstəkləməyə hazırıq”

04-11-2016 15:48
MasterCard: “Azərbaycan startap layihələrini dəstəkləməyə hazırıq”

Bu gün qlobal ödəniş texnologiyaları təchizatçısı olan Mastercard şirkəti Azərbaycanda nümayəndəliyinin açılması ilə bağlı tədbir keçirib.

Xeberler.az-ın məlumatına görə, tədbirdə çıxış edən Mastercard şirkətinin Türkiyə və Azərbaycan regionu üzrə meneceri Yasemin Bedir nağdsız ödənişlərin inkişafının Mastercard-ln bütün ölkələr üzrə fəaliyyətinin ən mühüm prioritetlərindən biri olduğunu qeyd edərək bu sahədə şirkətlə Azərbaycan hökuməti və kommersiya bankları arasında sıx əməkdaşlığın vacibliyini vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycanda nağdsız hesablaşmaların artırılması sahəsində elektron ödəniş infrastrukturunun inkişaf etdirilməsi, əhatə dairəsinin və nağdsız ödənişlərdə innovativ texnologiyaların tətbiqinin genişləndirilməsi, elektron ödəniş xidmətlərinin institusional bazasının gücləndirilməsi, əhali və iqtisadi subyektlərin elektron ödəniş xidmətlərindən istifadəyə cəlb edilməsi olduqca vacibdir.

"Azərbaycan Mastercard üçün olduqca önəmli bir bazardır. Bu səbəbdən ölkədə nağdsız ödənişləri inkişaf etdirmək istiqamətində Azərbaycanda fəaliyyət göstərən banklar və dövlət orqanları ilə əməkdaşlığı genişləndirmək niyyətindəyik. Azərbaycanda Mastercard nümayəndəliyinin açılmasının səbəblərindən biri də məhz elə budur. Bununla yanaşı, Azərbaycan hökuməti ilə ölkədə kart ödənişlərinin artırılması və nağdsız iqtisadiyyatın inkişafı üzrə strateji əməkdaşlıq istiqamətlərinə dair müzakirələr aparırıq. Mastercard olaraq biz Azərbaycanın böyük potensialına və ölkənin parlaq gələcəyinə inanırıq”, - deyə Yasemin Bedir bildirib.

O, həmçinin qeyd edib ki, aparılan hesablamalara əsasən, gələcək 3 ildə bütün ödəmələrin nağdsız yollarla həyata keçirilməsi ilə nağd pul vəsaitlərin istifadəsindən yaranan xərclərin qarşısı alınacaq, bu da ÜDM-in təxminən 3%-ni təşkil edə bilər. Belə bir gösətrici hər bir ölkə üçün əhəmiyyətli bir qazancdır.

Tədbirdə çıxış edən Mastercard-ın Azərbaycan üzrə meneceri Alper Meriç vurğulayıb ki, innovativ həllər üzrə qlobal şirkət olaraq Mastercar  müştərilərinə ən son texnoloji yenilikləri və həlləri təqdim edir, nağdsız ödənişləri inkişaf etdirmək və müştəriləri stimullaşdırmaq məqsədilə yerli və beynəlxalq şirkətlərlə birgə müxtəlif aksiya və kampaniyalar həyata keçirir.

“Hazırda Azərbaycanda nağd ödənişlərin payı 90%-dən çoxdur. Buna baxmayaraq, ölkə nağdsız ödəmələrin inkişafı üçün böyük potensiala malikdir və artıq sözügedən istiqamətdə uğurlu nəticələr əldə edilib. Bizim Azərbaycana olan inamımız böyükdür. Məhz buna görə, ölkənin rəqəmsal və nağdsız ödənişlərin tətbiqi üzrə regionda lider mövqe tutmasını, Mastercard-ın ən innovativ texnologiyalarını ilk tətbiq edən ölkələrdən biri olmasını arzulayırıq və bunun üçün öz təcrübəmizi paylaşmağa hazırıq. Şadam ki, Azərbaycanda nümayəndəliyimiz fəaliyyətə başladı. Buradakı fəaliyyətimiz Nağdsız Azərbaycan konsepsiyasına əsaslanacaq”, - deyə Alper Meriç qeyd edib.

Onun sözlərinə görə,hazırda Azərbaycanda 28  bankla əməkdaşlıq edirlər və bu say artırılacaq.

Nağd vəsaitlərin yaratdığı maliyyə yükündən danışan Alper Meriç Mastercard-ın bu istiqamətdə dünyanın bir çox ölkəsində apardığı araşdırmaları vurğulayıb: “Araşdırmalara əsasən, əgər Türkiyə kimi ölkədə bütün ödənişlər 3 il boyunca nağdsız şəkildə aparılarsa, qənaət nəticəsində əldə olunan vəsait hesabına 10 Bosfor körpüsü, 538 xəstəxana və ya 11 dəmir yolu xətti inşa etmək mümkün olar”.

Xeberler.az-ın suallarını cavabandıran Alper Meriçin sözlərinə  görə, onlar ən son texnologiyaların yalnız Azərbaycanın mərkəz şəhərlərində yox, bölgələrdə də tətbqini genişləndirib, əhalinin nağdsız ödənişlərə maraq göstərməsinə də diqqət edəcəklər:

“ Şəxsən mənim özümə Azərbaycanın bölgələrində yaşayan vətəndaşların nağdsız ödənişlərdən istifadəsi maraqlıdır. Bunun üçün də biz bölgələrə də səfər edib, əhalinin ehtiyaclarını müəyyən edib,  buna uyğun olaraq  fəaliyyətə başlayacağıq”.

MasterCard rəsmisi nağdsız ödənişlərlə bağlı yerli startap layihələrmizi dəstəkləyib, qlobala bazara çıxarmaq üçün onlarla əməkdaşlıq edəcəklərini də bizimlə bölüşüb:

“Azərbaycanın nağdsız ödənişlərlə bağlı bölgədə lider, ulduz  olmasını qarşımıza məqsəd qoymuşuq. Müşahidələrmiz göstərir ki, Azərbaycanda nağdsız ödənişlərə böyük maraq var. ASAN xidmət buna ən yaxşı misaldır Həqiqətən də  də dövlətlə bağlı bütün işlərin nağdsız şəkildə həyata keçirildiyi belə bir sistemin dünyada bənzəri azdır. Biz bu xidmətin də qlobalda təqdimatını edəcəyik, Azərbaycanın bu uğurunu dünyaya tanıdacağıq. Bununla yanaşı, nağdsız ödənişlərlə bağlı startap layihələrinə də  dəstək verəcəyik. Onların yeni texnologiyalarını da dünyaya təqdim etməyə hazırıq”.

O, Azərbaycanda MasterCard istifadəçilərinin Apple Pay üzərindən ödəniş məsələsinə də toxunub:

“Biz bu xidmətlə bağlı texnologiyanı Azərbaycana gətirə bilərik, amma qərarı biz vermirik. Qərarı verən Apple-dır. Biz də icraçıyıq. Şirkətlər danşıqlarımız davam edir, onlar Azərbaycan bazarında fəaliyyətə başlasalar, biz də xidmət verməyə hazır olacağıq”.

Onun sözlərinə görə, Azərbaycanda nağdsız ödənişlərlə bağlı 2017-ci ildə bankların mükafatlandırılma mərasimi də keçiriləcək.

Belə ki,  2017-ci ildə Azərbaycan bankları arasında  ən  yaxşı nağdısız  ödəniş xidmətini təklif edən və bunu önə çıxaranlar mükafat alacaq.

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Mastercard İnnovasiya Mərkəzi ilə əməkdaşlığa başladı

Mastercard İnnovasiya Mərkəzi ilə əməkdaşlığa başladı

20-06-2017
Mastercard Azərbaycanda yeni xidmət tətbiq edəcək

Mastercard Azərbaycanda yeni xidmət tətbiq edəcək

30-11-2018
Mastercard-la nağdsız Azərbaycana doğru

Mastercard-la nağdsız Azərbaycana doğru

12-12-2019
 “Nağdsız ödənişlər barədə orqanlar qarşısında vəzifələr qoyulub”

“Nağdsız ödənişlər barədə orqanlar qarşısında vəzifələr qoyulub”

23-01-2018
Mastercard jurnalistlər üçün seminar keçirib

Mastercard jurnalistlər üçün seminar keçirib

05-11-2019
Mastercard-dan nağdsız ödənişlərin böyüməsi üçün yeni xidmət

Mastercard-dan nağdsız ödənişlərin böyüməsi üçün yeni xidmət

16-05-2019
İnternet üzərindən aparılan nağdsız ödənişlər vətəndaşlara 2 ağlasığmaz mükafat qazanmağa imkan verir

İnternet üzərindən aparılan nağdsız ödənişlər vətəndaşlara 2 ağlasığmaz mükafat qazanmağa imkan verir

25-09-2013
"Visa" rəsmisi: "Azərbaycanın dəmir yollarında nağdsız ödəniş hər gün artır"

"Visa" rəsmisi: "Azərbaycanın dəmir yollarında nağdsız ödəniş hər gün artır"

13-06-2023
Bravoda Mastercardla ödə, yeni Lexusla get

Bravoda Mastercardla ödə, yeni Lexusla get

04-08-2020
Mastercard Azərbaycan üzrə yeni menecer təyin edib

Mastercard Azərbaycan üzrə yeni menecer təyin edib

25-05-2018
Uber ilə səyahət edən Mastercard və Unibank  istifadəçiləri üçün yenilik

Uber ilə səyahət edən Mastercard və Unibank istifadəçiləri üçün yenilik

04-10-2016
Şamaxı “Nağdsız Azərbaycan” innovasiyalarında liderlik edir

Şamaxı “Nağdsız Azərbaycan” innovasiyalarında liderlik edir

17-02-2021
Azərbaycan Mərkəzi Bankı və Mastercard şirkəti tərəfindən Naxçıvanda layihə həyata keçirilir

Azərbaycan Mərkəzi Bankı və Mastercard şirkəti tərəfindən Naxçıvanda layihə həyata keçirilir

08-06-2018
Mərkəzi Bank və Mastercard Rəqəmsal Ölkə Tərəfdaşlığına başladığını elan edib

Mərkəzi Bank və Mastercard Rəqəmsal Ölkə Tərəfdaşlığına başladığını elan edib

28-04-2021
Mastercard və Cahan supermarketi Naxçıvanda birgə kampaniyaya başlayıb

Mastercard və Cahan supermarketi Naxçıvanda birgə kampaniyaya başlayıb

30-05-2018
Ağalı kəndində nağdsız ödəniş imkanları genişləndirilib

Ağalı kəndində nağdsız ödəniş imkanları genişləndirilib

12-09-2022
Nağdsız ödənişlərə vergi güzəştləri tətbiq olunacaq

Nağdsız ödənişlərə vergi güzəştləri tətbiq olunacaq

10-08-2016
Naxçıvanda nağdsız ödənişlər 3 dəfə artıb

Naxçıvanda nağdsız ödənişlər 3 dəfə artıb

13-10-2023
İyunda elektron ticarət üzrə 2 min 867 milyon manat nağdsız ödəniş edilib

İyunda elektron ticarət üzrə 2 min 867 milyon manat nağdsız ödəniş edilib

27-07-2023
Azərbaycanda kartlarla nağdsız əməliyyatların həcmi iki dəfə artıb

Azərbaycanda kartlarla nağdsız əməliyyatların həcmi iki dəfə artıb

25-07-2022
Azərpoçt mükafatlandırılıb

Azərpoçt mükafatlandırılıb

12-12-2019
Apreldə ölkədaxili nağdsız əməliyyatların həcmi 1,9 dəfə artıb

Apreldə ölkədaxili nağdsız əməliyyatların həcmi 1,9 dəfə artıb

24-05-2023
Mastercard Azərbaycan hotelləri ilə yeni kampaniyaya başlayıb

Mastercard Azərbaycan hotelləri ilə yeni kampaniyaya başlayıb

19-01-2017
Azərbaycanda nağdsız ödənişlər 3 mlrd. manata çatıb

Azərbaycanda nağdsız ödənişlər 3 mlrd. manata çatıb

25-01-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə