Previous Next
Bağla

Media nümayəndələri üçün səyyar qeydiyyat xidməti təşkil olunub

02-10-2019 11:47
Media nümayəndələri üçün səyyar qeydiyyat xidməti təşkil olunub
Xeberler.az bildirir ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən istismarına icazə verilən binaların çıxarışla təmin olunması ilə bağlı işlər sürətlə davam edir. Xidməti vətəndaşın ünvanında göstərən Komitə ölkə başçısı cənab İlham Əliyevin 2013-cü il 22 iyul tarixli Sərəncamı ilə jurnalistlər üçün inşa edilmiş və onların mülkiyyətinə verilmiş ikinci binada yerləşən mənzillərə dair elektron çıxarış hazırlayır. Bununla bağlı komitə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun iştirakı ilə oktyabrın 2-də həmin binada  səyyar qeydiyyat xidməti göstərərək media nümayəndələrindən əmlaklarına dair ilkin sənədləri toplayıb. Bütün bu işlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il fevralın 19-da imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Fərmanının icrası çərçivəsində reallaşdırılır.

“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası çərçivəsində jurnalistlər üçün inşa edilən binanın həyətindəcə sakinlərdən ilkin sənədlər toplandı. Vətəndaşlar yaşadıqları məkana gətirilən mobil ofislərə şəxsiyyət vəsiqəsini, maliyyə arayışını, protokoldan çıxarışını təqdim etdilər. Dövlət tərəfindən media işçilərinə göstərilən bu qayğı jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşmasına, onların mülkiyyət hüquqlarının təmin olunmasına istiqamətlənib.   

Eyni zamanda belə bina sakinləri üçün daşınmaz əmlakın qeydiyyatı ilə bağlı maarifləndirmə tədbiri də keçirildi. Maarifləndirmə çərçivəsində bildirildi ki, artıq mənzil sahibləri çıxarışlarını kağız formasında deyil, elektron qaydada əldə edir. Həmin mülkiyyət sənədi şəxsin Elektron hökumət portalındakı kabinetinə yerləşdirilir. Çıxarışlar barədə bütün məlumatlar şəxsin telefon nömrəsinə və elektron poçt ünvanına göndərilir. Elektron qaydada göndərilən informasiyada çıxarışın reyestr, qeydiyyat nömrələri, elektron çıxarışın yoxlanılması ilə bağlı keçid linki göstərilir.  

Jurnalistlər üçün tikilən binalarla yanaşı, digər istismarına icazə verilən binalardakı mənzillərin də elektron çıxarışla təmin olunması həyata keçirilir. Komitə MTK-ları və vətəndaşları bu prosesdə fəal olmağa çağırır. İstismarına icazə verilən bina sakinləri əmlakına dair elektron çıxarışın hazırlanması üçün ilkin sənədlərlə birgə Əmlak Xidmətləri Məkanına müraciət edə bilər. Bundan başqa prosesin daha intensiv aparılması üçün “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kimi sosial kampaniyalar keçirilir. Hər həftə Bakının müxtəlif rayonlarında olan belə binaların həyətlərində, vətəndaşların ünvanlarında səyyar qeydiyyat xidməti göstərilir. Sakinlər ilkin sənədlərini mobil ofislərə təqdim edirlər. Növbəti kampaniya oktyabrın 2-si Bakının Nəsimi rayonunda, oktyabrın 3-ü və 4-ü isə Nərimanov rayonunda keçiriləcək. 

Belə kampaniyaların keçirilməsi vətəndaş məmnunluğunun təmin edilməsinə, vətəndaş-məmur ünsiyyətinin azaldılmasına, o cümlədən vaxt itirmədən rahatlıqla əmlakların rəsmi qeydiyyata alınmasına imkan verir. Həmçinin qeydiyyat prosedurlarının sadələşdirilməsi, sosiallıq prinsipinin təmin edilməsi, insan amilinin gücləndirilməsi də əsas vəzifələrdəndir.
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Mobil qeydiyyat kampaniyası davam edir

Mobil qeydiyyat kampaniyası davam edir

19-07-2019
Əmlakını qeydiyyata al, mülkiyyətinə sahib ol kampaniyası davam edir

Əmlakını qeydiyyata al, mülkiyyətinə sahib ol kampaniyası davam edir

12-04-2019
Azərbaycan Doing Business 2020-də ən islahatçı ölkələr sırasında yer alıb

Azərbaycan Doing Business 2020-də ən islahatçı ölkələr sırasında yer alıb

30-09-2019
ƏMDK-in mobil ofisləri ucqar dağ kəndlərində əhaliyə xidmət edir

ƏMDK-in mobil ofisləri ucqar dağ kəndlərində əhaliyə xidmət edir

13-09-2019
Mobil qeydiyyat xidməti bu dəfə cəbhə bölgəsinə olub

Mobil qeydiyyat xidməti bu dəfə cəbhə bölgəsinə olub

20-09-2019
Daşınmaz əmlaka dair çıxarışlar yalnız elektron qaydada veriləcək

Daşınmaz əmlaka dair çıxarışlar yalnız elektron qaydada veriləcək

10-04-2019
Daşınmaz əmlak çıxarışları elektron qaydada veriləcək

Daşınmaz əmlak çıxarışları elektron qaydada veriləcək

16-04-2019
Telejurnalist 50 mininci elektron çıxarış sahibi oldu

Telejurnalist 50 mininci elektron çıxarış sahibi oldu

24-07-2019
Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol

Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol

26-11-2018
Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol

Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol

12-11-2018
Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol kampaniyası Maştağa qəsəbəsində

Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol kampaniyası Maştağa qəsəbəsində

18-02-2019
Yeni binada mənzil alanlar çıxarışın mövcudluğunu onlayn öyrənə bilərlər

Yeni binada mənzil alanlar çıxarışın mövcudluğunu onlayn öyrənə bilərlər

08-02-2019
Səyyar xidmət avtobusu Bakının kənd və qəsəbələrinə doğru irəlilə

Səyyar xidmət avtobusu Bakının kənd və qəsəbələrinə doğru irəlilə

29-10-2018
 Sənədlərinizi onlayn yoxlayın

Sənədlərinizi onlayn yoxlayın

10-05-2018
Əmlakların təkrar qeydiyyatında mühüm yenilik

Əmlakların təkrar qeydiyyatında mühüm yenilik

16-11-2018
 Mənzil almaq istəyənlərə şad xəbər

Mənzil almaq istəyənlərə şad xəbər

27-09-2017
Dövlət əmlakının qeydiyyat vərəqəsinin qəbulu elektronlaşdırıldı

Dövlət əmlakının qeydiyyat vərəqəsinin qəbulu elektronlaşdırıldı

28-03-2019
Əmlak Məsələləri Dövlət Komitəsində geniş müşavirə keçirilib

Əmlak Məsələləri Dövlət Komitəsində geniş müşavirə keçirilib

15-04-2019
Azərbaycan Doing Business 2019 hesabatında 4 pillə irəliləyib

Azərbaycan Doing Business 2019 hesabatında 4 pillə irəliləyib

02-11-2018
Elektron çıxarışların tətbiqinə başlanıldı-Yenilik

Elektron çıxarışların tətbiqinə başlanıldı-Yenilik

31-05-2017
Təkrar qeydiyyat onlayn rejimdə necə  aparılır?

Təkrar qeydiyyat onlayn rejimdə necə aparılır?

28-02-2018
Bakının daha 7 ünvanı üzrə səyyar qeydiyyat fəaliyyət göstərəcək

Bakının daha 7 ünvanı üzrə səyyar qeydiyyat fəaliyyət göstərəcək

24-12-2019
Ekspert daşınmaz əmlakla bağlı elektron çıxarışlardan danışdı

Ekspert daşınmaz əmlakla bağlı elektron çıxarışlardan danışdı

12-04-2019
Əmlak Məsələləri Dövlət Xidməti yeni elektron xidmətlərini istifadəyə verib

Əmlak Məsələləri Dövlət Xidməti yeni elektron xidmətlərini istifadəyə verib

17-02-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə