Previous Next
Bağla

Azərbaycan Doing Business 2019 hesabatında 4 pillə irəliləyib

02-11-2018 16:37
Azərbaycan Doing Business 2019 hesabatında 4 pillə irəliləyib

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin güclü siyasi iradəsi və davamlı dəstəyi sayəsində ölkəmiz “Doing Business 2019” hesabatında müxtəlif parametrlər üzrə, o cümlədən əmlakın qeydiyyatı sahəsində xeyli irəliləyib.

Xeberler.az  bildirir ki, əmlakın qeydiyyatının sadəliyinə görə Azərbaycan ötən illə müqayisədə daha 4 pillə irəliləyərək 190 ölkə arasında 17-ci yerdə qərarlaşıb. Bu göstərici ilə isə ölkəmiz Polşa, Rumıniya, Bolqarıstan, bəzi Avropa və Mərkəzi Asiya ölkələrini qabaqlayıb. 2019-cı il üçün tərtib edilən hesabatda bildirilir ki, Azərbaycan mülkiyyət hüququnun qeydiyyatı ilə bağlı prosedurların sayının azlığına, müddətin qısalığına və qeydiyyat xərclərinin azlığına görə, dünyanın və MDB-nin əksər ölkələrindən irəlidədir.

«Doing Business 2019» hesabatına əsasən, Azərbaycanda əmlakın qeydiyyatı üçün cəmi 3 prosedurdan keçmək tələb olunur. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (İƏİT) daxil olan ölkələr üzrə bu 4.7, Avropa və Mərkəzi Asiya regionunda isə 5.3 təşkil edir. Bu göstəriciyə görə, ölkəmiz Polşa, Rumıniya və Bolqarıstan kimi inkişaf etmiş ölkələri qabaqlayır.

Digər tərəfdən «Doing Business 2018» hesabatına əsasən ölkəmizdə qeydiyyat üçün 5,5 gün tələb edilir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (İƏİT) daxil olan ölkələr üzrə bu müddət 20,1 gün, Avropa və Mərkəzi Asiya regionu üçün isə 20,3 gün təşkil edir. Başqa sözlə, Azərbaycanda əmlakın qeydiyyatı müddəti Avropa üzrə ümumi göstəricidən 4 dəfə daha sürətlidir.

Azərbaycan əmlakın qeydiyyatı zamanı tələb olunan xərclərin azlığına görə də, dünya və Avropa ölkələrinin əksəriyyətini qabaqlayır. Hesabata əsasən, Azərbaycanda əmlakın qeydiyyatına çəkilən xərclərin məbləği əmlakın ümumi dəyərinin cəmi 0,1%-ni təşkil edir. Qeyd edək ki, İƏİT ölkələri üzrə bu göstərici əmlakın dəyərinin 4,2%-i qədər, Avropa və Mərkəzi Asya regionu üçün isə 2,6%-nii əşkil edir. 30 ballıq şkala ilə qiymətləndirilən torpaq idarəetmə sisteminin keyfiyyət göstəricisinə görə isə ölkəmiz 17,5 bal toplayıb. Bu onu göstərir ki, ölkəmizdə bu sahədə infrastrukturun etibarlılığı, məlumatların "şəffaflığı" təmin edilib, coğrafi əhatə dairəsi genişləndirilib, torpaq mübahisələrinin həlli mexanizmləri təkmilləşdirilib və əmlaka sahib olma imkanları artırılıb.

Müqayisə üçün qeyd edilməlidir ki, İƏİT ölkələri üzrə bu göstərici 23.0, Avropa və Mərkəzi Asya regionu üzrə isə 19.6 təşkil edir. «Doing Business 2019» hesabatında Azərbaycanın əldə etdiyi yüksək göstəricilər əmlakın qeydiyyatının sadələşdirilməsinin, vətəndaş amilinin gücləndirilməsi, o cümlədən sosial kampaniyaların keçirilməsi, intensiv elektronlaşmanın tətbiq edilməsinin nəticəsidir.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən daşınmaz əmlakın qeydiyyatı üzrə 26 elektron xidmət istifadəyə verilməsi, çıxarışların verilmə müddətinin 1 iş günü müddətinədək azaldılması, o cümlədən elektron çıxarış sisteminin tətbiq edilməsi, arxivləşdirilmənin elektron qaydada həyata keçirilməsi vətəndaş məmnunluğunun artmasına imkan verdi. Elektron çıxarışın tətbiqi təkrar qeydiyyat sahəsində prosedurları tam olaraq avtomatlaşdırıb. Bundan başqa “Əmlakın qeydiyyatı kalkulyatoru” daşınmaz əmlakların sənədləşdirilməsi prosesində dövlət rüsumu və xidmət haqqının əvvəlcədən öyrənilməsinə, xərclərin öncədən hesablanmasına və vaxt itkisinin aradan qaldırılmasına imkan verdi. Komitənin onlayn xidmətləri də bu sahədə rahatlığı və operativliyi kifayət dərəcədə artırıb.

Qeydiyyat xidmətlərini vətəndaşa daha yaxın edən yeni sosial layihə “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol”, eləcə də “Kütləvi çıxarış” kampaniyası əhalinin bütün təbəqələrini əhatə etməkdədir. Əmlak Məsələləri Dövlət Komitəsi bundan sonra da vətəndaş məmnunluğunun təmin edilməsi, şəffaflığın və operativliyin daha da artırılması, xidmətlərə olan əlçatanlığın yüksəldilməsi istiqamətində genişmiqyaslı tədbirləri davam etdirəcəkdir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycan Doing Business 2020-də ən islahatçı ölkələr sırasında yer alıb

30-09-2019

Əmlakın qeydiyyatı ilə bağlı xidmət haqqı və dövlət rüsumu nə qədərdir?

23-01-2019

“Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı 21 elektron, 3 onlayn xidmət istifadəyə verilib”

23-09-2015

Təkrar qeydiyyat onlayn rejimdə necə aparılır?

28-02-2018

Telejurnalist 50 mininci elektron çıxarış sahibi oldu

24-07-2019

Daşınmaz əmlakın elektron qeydiyyat sisteminin təqdimatı olacaq

22-09-2015

Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı yeni elektron xidmət

13-01-2017

Əmlakların təkrar qeydiyyatında mühüm yenilik

16-11-2018

Daşınmaz əmlak çıxarışları elektron qaydada veriləcək

16-04-2019

Daşınmaz əmlakın onlayn rəsmiləşdirilməsinə başlanıb

17-11-2015

ƏMDK üzrə göstərilən xidmətlər elektronlaşdırmaqda davam edir

10-09-2019

Mobil ofis xidmətləri vasitəsilə mülkiyyət sənədləri qəbul edilib

04-12-2015

Elektron çıxarışların tətbiqinə başlanıldı-Yenilik

31-05-2017

Daşınmaz əmlaka dair çıxarışlar yalnız elektron qaydada veriləcək

10-04-2019

Əmlak çıxarışları telefona göndərilir- Yenilik

18-05-2018

Komitənin elektron xidmətlərindən istifadə edənlərin sayı 900 mini ötüb

14-03-2019

Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmətlərdə keyfiyyətcə yeni mərhələ başlayır

18-03-2014

Daşınmaz əmlakın qeydiyyatı zamanı İKT geniş tətbiq olunub

23-09-2015

Daşınmaz əmlakla bağlı qaydalar ləğv edildi

03-10-2015

Daşınmaz əmlakın lizinqinin qeydiyyatı - belə həyata keçirilir

03-04-2019

Hazır çıxarışların siyahısını internetdən öyrənmək mümkündür

11-09-2019

Komitə 500 mindən çox e-xidmət göstərib

09-08-2017

Daşınmaz əmlak inventarlaşdırılması xidməti elektron formada göstərilir

20-06-2019

Komitənin rəsmi saytı yeniləndi

11-01-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə