Previous Next
Bağla

ƏMDK-in mobil ofisləri ucqar dağ kəndlərində əhaliyə xidmət edir

13-09-2019 16:25
ƏMDK-in mobil ofisləri ucqar dağ kəndlərində əhaliyə xidmət edir

Xeberler.az bildirir ki, insan və sosial amillərin önə çəkildiyi yeni layihələrlə, işlərlə ictimaiyyətin qarşısına çıxan Əmlak Məsələləri Dövlət Komitəsi bu dəfə də fərqliliyə imza atdı. Belə ki, ilk dəfə olaraq sentyabrın 13-də mobil qeydiyyat xidməti ölkənin ən ucqar dağ kəndlərində oldu. Səyyar ofislər Qubanın Susay, Alpan, Kürkün, Uzunmeşə, Gəray kəndlərində olmaqla birbaşa olaraq vətəndaşlara qeydiyyat xidməti göstərdi, sakinlərdən əmlaka dair elektron çıxarışın hazırlanması üçün ilkin sənədlər toplandı.

Qeydiyyat xidmətinin bilavasitə ünvanlarda göstərilməsi ilə yanaşı, maraqlı məsələlərdən biri də həmin kəndlərin ucqar dağda, yüksəklikdə yerləşməsidir. Digər tərəfdən kəndlərin təqribən 1200 metrdən çox yüksəklikdə, şəhərin mərkəzindən 25 km aralıda yerləşməsini nəzərə alsaq mobil qeydiyyat xidməti həmin kəndlərdə yaşayan sakinlərin rayon mərkəzinə gəlməsini aradan qaldırır. Eyni zamanda bu kənd təsərrüfatı ilə məşğul olan insanların vaxtlarını daha səmərəli şəkildə planlaşdırmasına imkan verir.

Həmin kəndlərdən olan 50-yə yaxın sakinə qeydiyyatla bağlı xidmət göstərilib. Alpan kəndinin 17 sakinindən, Susayın 14, Kürkünün 9, Uzunmeşənin 7, Gərayın 3 sakinindən əmlaklarına dair ilkin sənədlər toplanıb. Əldə edilən ilkin sənədlər fərdi yaşayış evinə, həyətyanı torpaq sahələrinə, kənd təsərrüfatı təyinatlı torpaqlara aid olub.

Eyni zamanda çıxarış əldə etmək istəyən bir neçə yaşlı və fiziki məhdudiyyətli vətəndaşa komitə əməkdaşları tərəfindən xüsusi diqqət göstərilib. Belə ki, sakinlərin səyyar ofisə yaxınlaşmadan birbaşa evlərində qeydiyyat xidmətlərindən istifadəsi təmin edilib. Vətəndaşlar göstərilən bu xidmətdən razılıqlarını ifadə ediblər.

Qeyd edək ki, əmlakın ilkin qeydiyyatı, yəni ilk dəfə sənədləşdirilməsi zamanı çöl-ölçmə işinin aparılması tələb olunur. Kampaniya çərçivəsində işlər elə təşkil edilib ki, ilkin qeydiyyat üçün sənədlər qəbul edilərkən sakinlərin istəklərinə uyğun olaraq birbaşa çöl-ölçmə işləri də aparılır. Bununla da qeydiyyat prosesində vaxt itkisi tamamilə aradan qaldırılır. Məhz bu kampaniya çərçivəsində də bir sıra sakinin əmlaklarının texniki parametrlərinin müəyyən edilməsi və texniki sənədlərinin hazırlanması məqsədilə tədbirlər görülür.

Həmçinin sakinlər üçün daşınmaz əmlakın qeydiyyatı ilə bağlı maarifləndirmə tədbiri də keçirilib. Maarifləndirmə çərçivəsində vətəndaşlara bildirilib ki, artıq əmlaklara dair çıxarışlar kağız formasında deyil, elektron qaydada əldə edilir. Həmin mülkiyyət sənədi şəxsin Elektron hökumət portalına yerləşdirilir. Çıxarışlar barədə bütün məlumatlar şəxsin telefon nömrəsinə və elektron poçt ünvanına göndərilir. Elektron qaydada göndərilən informasiyada çıxarışın reyestr, qeydiyyat nömrələri, elektron çıxarışın yoxlanılması ilə bağlı keçid linki göstərilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Mobil qeydiyyat xidməti bu dəfə cəbhə bölgəsinə olub

20-09-2019

Mobil qeydiyyat kampaniyası davam edir

19-07-2019

Əmlakını qeydiyyata al, mülkiyyətinə sahib ol kampaniyası davam edir

12-04-2019

Media nümayəndələri üçün səyyar qeydiyyat xidməti təşkil olunub

02-10-2019

Telejurnalist 50 mininci elektron çıxarış sahibi oldu

24-07-2019

Daşınmaz əmlaka dair çıxarışlar yalnız elektron qaydada veriləcək

10-04-2019

Azərbaycan Doing Business 2020-də ən islahatçı ölkələr sırasında yer alıb

30-09-2019

Daşınmaz əmlak çıxarışları elektron qaydada veriləcək

16-04-2019

Əmlakların təkrar qeydiyyatında mühüm yenilik

16-11-2018

Daşınmaz əmlak inventarlaşdırılması xidməti elektron formada göstərilir

20-06-2019

Sənədlərinizi onlayn yoxlayın

10-05-2018

Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı yeni elektron xidmət

13-01-2017

Daşınmaz əmlakın qeydiyyatı sahəsində yeni innovativ xidmətin tətbiqinə başlanılıb

13-02-2024

Təkrar qeydiyyat onlayn rejimdə necə aparılır?

28-02-2018

Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol

26-11-2018

Mobil ofis xidmətləri vasitəsilə mülkiyyət sənədləri qəbul edilib

04-12-2015

Vətəndaşlara şad xəbər: bütün notariuslarla onlayn əlaqə yaradılıb

28-09-2015

Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol kampaniyası Maştağa qəsəbəsində

18-02-2019

SMS-lə əmlakın icarə borcunu öyrənin

28-03-2018

Dövlət əmlakının qeydiyyat vərəqəsinin qəbulu elektronlaşdırıldı

28-03-2019

Elektron çıxarışların tətbiqinə başlanıldı-Yenilik

31-05-2017

Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmətlərdə keyfiyyətcə yeni mərhələ başlayır

18-03-2014

Daşınmaz əmlakla bağlı məlumatın verilməsi necə həyata keçirilir?

15-03-2019

Komitənin elektron xidmətlərindən istifadə edənlərin sayı 900 mini ötüb

14-03-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə