Previous Next
Bağla

Mobil qeydiyyat xidməti bu dəfə cəbhə bölgəsinə olub

20-09-2019 14:57
Mobil qeydiyyat xidməti bu dəfə cəbhə bölgəsinə olub

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq cəbhə bölgəsində yaşayan sakinlərə xidmətlərin daha rahat və innovativ üsullarla təqdim edilməsi, ünvanlardaca göstərilməsi, o cümlədən vətəndaşların sosial-iqtisadi sahələrdə problemlərinin həll edilməsi istiqamətində tədbirlər həyata keçirilir. Buna uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsi də vətəndaş xidmətin deyil, xidmətin vətəndaşın ünvanında olması prinsipinə əməl edərək nəinki şəhərlərdə, iş yerlərində, ucqar bölgələrdə eləcə də, cəbhə xəttinə yaxın yerləşən rayonlarda sosial qeydiyyat kampaniyaları keçirir.

Xeberler.az bildirir ki, komitə cəbhə bölgələrində yaşayan əhaliyə mütəmadi olaraq ünvanlardaca daşınmaz əmlakın qeydiyyatı ilə bağlı səyyar xidmətlər göstərir, vətəndaşların xidmətlərdən daha operativ yararlanması üçün genişmiqyaslı işlər görür. Sosial əhəmiyyətli kampaniya bu dəfə sentyabrın 20-də Ağdamın Çıraqlı kəndində keçirildi. Həmin kampaniya bu əraziyə yaxın yerləşən Ağdamın Əhmədağalı, Mirəşelli, Kol Qışlaq kəndlərini də əhatə etdi.

Səyyar ofislər cəbhə xəttində 100-ə yaxın sakinə birbaşa olduqları məkanda qeydiyyat xidməti göstərib, vətəndaşlardan əmlaka dair elektron çıxarışın hazırlanması üçün ilkin sənədlər toplanıb. Onların 35-i Əhmədağalı, 30-u, Mirəşelli, 25-i Çıraqlı, 10-a yaxını isə Kol Qışlaq kəndlərinin sakinləri olub. Əldə edilən sənədlər fərdi yaşayış evinə, həyətyanı torpaq sahələrinə aid olub. Bu fəaliyyət dövlət qayğısının bariz nümunəsi olmaqla xidmətləri cəbhə bölgəsindəki sakinlər üçün daha əlçatan edir.

Xidmətdən istifadə edən vətəndaşlar arasında Qarabağ müharibəsinin iştirakçıları, şəhid ailələri, döyüşlərdə xəsarət almış şəxslər də olub. Hətta onların bəzilərinə qeydiyyat xidmətləri evlərindəcə göstərilib. Qeyd edək ki, əmək və ya məişət fəaliyyəti səbəbindən vaxtı az olanlara yaşadıqları ərazilərdə, sağlamlıq imkanları məhdud cəbhə bölgəsi sakinlərinə evlərində xidmətin göstərilməsi birbaşa olaraq onların rahatlığına istiqamətlənib. Kampaniyadan istifadə edən bütün vətəndaşlar göstərilən yüksək səviyyəli xidmətdən razılıqlarını bildiriblər.

Bundan başqa mobil ofislərdə yaradılan şərait nəticəsində mütəxəssislər çıxarış veriləcək əmlakların müayinəsini, çöl-ölçmə işlərini, texniki plan-ölçülərinin müəyyən olunmasını həyata keçiriblər.

Komitənin fəaliyyətində istifadə olunan yeniliklər, müxtəlif sadələşmiş və elektron formada göstərilən xidmətlər barədə sakinlər əməkdaşlar tərəfindən məlumatlandırılıb. Bildirilib ki, əmlaklara dair çıxarışlar kağız formasında deyil, elektron qaydada əldə edilir. Həmin mülkiyyət sənədi şəxsin Elektron hökumət portalına yerləşdirilir. Çıxarışlar barədə bütün məlumatlar şəxsin telefon nömrəsinə və elektron poçt ünvanına göndərilir. Elektron qaydada göndərilən informasiyada çıxarışın reyestr, qeydiyyat nömrələri, elektron çıxarışın yoxlanılması ilə bağlı keçid linki göstərilir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
ƏMDK-in mobil ofisləri ucqar dağ kəndlərində əhaliyə xidmət edir

ƏMDK-in mobil ofisləri ucqar dağ kəndlərində əhaliyə xidmət edir

13-09-2019
Əmlakını qeydiyyata al, mülkiyyətinə sahib ol kampaniyası davam edir

Əmlakını qeydiyyata al, mülkiyyətinə sahib ol kampaniyası davam edir

12-04-2019
Media nümayəndələri üçün səyyar qeydiyyat xidməti təşkil olunub

Media nümayəndələri üçün səyyar qeydiyyat xidməti təşkil olunub

02-10-2019
Telejurnalist 50 mininci elektron çıxarış sahibi oldu

Telejurnalist 50 mininci elektron çıxarış sahibi oldu

24-07-2019
Mobil qeydiyyat kampaniyası davam edir

Mobil qeydiyyat kampaniyası davam edir

19-07-2019
Daşınmaz əmlaka dair çıxarışlar yalnız elektron qaydada veriləcək

Daşınmaz əmlaka dair çıxarışlar yalnız elektron qaydada veriləcək

10-04-2019
Daşınmaz əmlak çıxarışları elektron qaydada veriləcək

Daşınmaz əmlak çıxarışları elektron qaydada veriləcək

16-04-2019
Azərbaycan Doing Business 2020-də ən islahatçı ölkələr sırasında yer alıb

Azərbaycan Doing Business 2020-də ən islahatçı ölkələr sırasında yer alıb

30-09-2019
 Sənədlərinizi onlayn yoxlayın

Sənədlərinizi onlayn yoxlayın

10-05-2018
Komitənin elektron xidmətlərindən istifadə edənlərin sayı 900 mini ötüb

Komitənin elektron xidmətlərindən istifadə edənlərin sayı 900 mini ötüb

14-03-2019
Mobil ofis xidmətləri vasitəsilə mülkiyyət sənədləri qəbul edilib

Mobil ofis xidmətləri vasitəsilə mülkiyyət sənədləri qəbul edilib

04-12-2015
Təkrar qeydiyyat onlayn rejimdə necə  aparılır?

Təkrar qeydiyyat onlayn rejimdə necə aparılır?

28-02-2018
Əmlakların təkrar qeydiyyatında mühüm yenilik

Əmlakların təkrar qeydiyyatında mühüm yenilik

16-11-2018
ƏMDK üzrə göstərilən xidmətlər elektronlaşdırmaqda davam edir

ƏMDK üzrə göstərilən xidmətlər elektronlaşdırmaqda davam edir

10-09-2019
Komitə 500 mindən çox e-xidmət göstərib

Komitə 500 mindən çox e-xidmət göstərib

09-08-2017
Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol

Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol

12-11-2018
Yeni binada mənzil alanlar çıxarışın mövcudluğunu onlayn öyrənə bilərlər

Yeni binada mənzil alanlar çıxarışın mövcudluğunu onlayn öyrənə bilərlər

08-02-2019
Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol kampaniyası Maştağa qəsəbəsində

Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol kampaniyası Maştağa qəsəbəsində

18-02-2019
Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı yeni elektron xidmət

Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı yeni elektron xidmət

13-01-2017
Azercell cəbhə xəttindəki şəbəkəsini  təkmilləşdirir

Azercell cəbhə xəttindəki şəbəkəsini təkmilləşdirir

12-04-2016
Səyyar xidmət avtobusu Bakının kənd və qəsəbələrinə doğru irəlilə

Səyyar xidmət avtobusu Bakının kənd və qəsəbələrinə doğru irəlilə

29-10-2018
Elektron hərracda bütün növ əmlaklar özəlləşdiriləcək

Elektron hərracda bütün növ əmlaklar özəlləşdiriləcək

20-06-2017
Dövlət əmlakının qeydiyyat vərəqəsinin qəbulu elektronlaşdırıldı

Dövlət əmlakının qeydiyyat vərəqəsinin qəbulu elektronlaşdırıldı

28-03-2019
Əmlak Məsələləri Dövlət Komitəsi bu il 15 yeni elektron xidmətin tətbiqini nəzərdə tutub

Əmlak Məsələləri Dövlət Komitəsi bu il 15 yeni elektron xidmətin tətbiqini nəzərdə tutub

07-04-2014





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə