Previous Next
Bağla

Məktəblilər İT bacarıqlarına görə mükafatlandırıldı

31-08-2017 21:07
Məktəblilər İT bacarıqlarına görə mükafatlandırıldı

Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin PAŞA Bankın dəstəyi ilə ödənişsiz həyata keçirdiyi “Coding Kids – Summer IT School” layihəsinin dərsləri artıq başa çatıb.

Xeberler.az-ın məlumatına görə, bu gün Bulvar Hotel Bakı-da mükafatlandırma mərasimi keçirilib və 50 nəfər məktəbliyə sertifikat təqdim olunub.

Hal-hazırda texnologiyaların inkişafı və artımı ilə iqtisadiyyatda baş verən sürətli dəyişikliklərə uyğunlaşmaq üçün rəqəmsal savadlılığa yiyələnmək başlıca rol oynayır. Bunu nəzərə alaraq məktəblilər üçün “Coding Kids – Summer IT School” layihəsi uşaqlara oyun və əyləncədən əlavə kompüter və telefonlardan istifadənin digər faydalı imkanları olduğunu izah edib. 15 iyul-25 avqust tarixlərində baş tutan layihədə 50 məktəbli iştirak edib. Mərkəzin təqdim etdiyi kodlaşdırma təlimləri vasitəsilə uşaqlar yeni dünya ilə tanış olmağa başlayıblar.

“Coding Kids – Summer IT School” layihəsi çərçivəsində 9-11 və 12-15 yaşlı məktəblilər üçün həftədə 3 dəfə Barama İnnovasiya və Sahibkarlıq Mərkəzində interaktiv tədris metodlar əsasında təlimçi Günay Kazımzadə tərəfindən dərslər aparılıb. Uşaqlara 6 həftə ərzində İnformasiya Texnologiyalarına və Kompüter elmlərinə giriş, Kodlaşdırma Texnikası, Mobil Tətbiqlərin Yazılması, Verilənlər Bazası, C++ Proqram dilinin öyrənilməsi və digər maraqlı mövzular tədris edilib.

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azercell uşaqlar üçün İT təlimlərə başladı

25-07-2017

Məktəblilər üçün pulsuz proqramlaşdırma dərsləri keçiriləcək

17-07-2018

Azercell-dən məktəblilər üçün pulsuz layihə

20-06-2017

Azercell məktəblilərə pulsuz proqramlaşdırma dərsləri keçirib

31-08-2018

Barama məktəblilər üçün yeni layihəyə başlayır

22-12-2017

İsrailin Azərbaycandakı səfiri Azercell-in Barama Mərkəzini ziyarət etdi

31-05-2018

2 gün yuxusuz qalan developerlər arasında qaliblər seçilib

14-05-2018

TechFall 2016 Hackathon layihəsinin qalibi açıqlandı

09-11-2016

Kaspersky Lab şirkəti uşaqların bu yay nə ilə maraqlandıqlarını araşdırıb

03-09-2018

Azercell Gələcəyi qur layihəsində məktəblilərə dəstək oldu

06-10-2018

“Cyber Summer School - 2023” yay düşərgəsinə qeydiyyat başladı

07-07-2023

Proqramçılar üçün yarışmaya qeydiyyat başladı

07-04-2017

“Startup School 2” layihəsinin final mərhələsi keçiriləcək

05-12-2024

1 şagird:1 kompüter layihəsi üzrə təlim keçirilib

02-12-2015

Barama Regional Sahibkarlıq Konfransı baş tutub

26-12-2018

Barama FinTech Hackathon yarışmasının nəticələri açıqlandı

29-11-2018

“PAŞA Holding”in sponsorluq etdiyi "Holberton School Azerbaijan” məktəbinin ilk Məzun Günü baş tutub

12-07-2024

Proqramçıların sevimli müsabiqəsi başlayır

08-11-2018

"Azerconnect" şirkətinin dəstəyilə beynəlxalq yay məktəbi təşkil olunub

01-08-2023

Barama İnnovasiya Mərkəzi yeni ofisini istifadəyə verdi

23-05-2019

Gəncədə keçirilən startap müsabiqəsinin qalibləri

17-10-2017

Bir günə sayt yaratmağı öyrən seminarı keçirilib

05-03-2019

Proqramçılar arasında keçirilən yarışın qalibləri açıqlandı

25-04-2017

Barama Graduation Ceremony tədbiri baş tutub

04-08-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə