Bu dəfə “Mənim 100-lüyüm”də İnternet platformalarından danışdıq. İnternetin bizə verdiyi imkanlardan yararlanaraq maraq dairəmizi artırmaq üçün hər kəsdən sevimli, müntəzəm olaraq baxdığı sayt, portal, blog və s.adını yazmasını istədik. Ümid edirik ki, 100-lük əhli bu dəfə də maraqlı fikirləri və yazdığı fərqli İnternet platformaları ilə oxucularımıza bir çox sahədə yardımçı olacaq. Futbol, filmlər, musiqi, əyləncə ilə maraqlananlara, fərqli və yeni informasiya axtarışında olanlara “Mənim 100-lüyüm”ün sevimli online məkanlarını təqdim edirik.
Gülşən Həsənzadə: İşimlə əlaqədar ilk növbədə tanınmış xəbər saytlarına ( lent.az , apa.az , gazete.ru) , əlavə olaraq isə boredpanda.com, adme.ru və mindbodygreen.com-a baxıram. Sonuncu saytı xüsusən sevirəm və sağlam həyat tərzi ilə yaşamaq istəyənlərə xüsusilə önərirəm.
Faiq Tahirov: Bir xeyli sayt var, demək olar ki, hər gün baxıram.
sinematopya.com - filmlər, rejissorlar və s. ilə bağlı maraqlı çox şey tapmaq olur. Bununla oxşar tipdə sinemalar.com var. Sonra rottentomatoes.com saytı İMDB-dən yaxşıdı, məncə. İdmanla bağlı whoscored.com - heyətlər, statistikalar üçün. Belə oyun olanda da, ki hər gün olur livetv.sx işə yarayır. boredpanda.com da hər gün giriləcək saytlardandı. bizimkilərdən də kulis.az, apa.az .
Orxan Əzim: Report.az-ın bütün foto bölməsi mənim üzərimdə olduğu üçün hər gün saytı nəzarətdə saxlayıram ki, fotolarda problem olmasın. Daha çox Facebookdan izlənilən saytların, demək olar ki, çoxunu "dislike" etmişəm. Bircə qaynar.info, derbi.az və report.az dan başqa. Səbəb də digər saytların səhv başlıqlarla İP xətrinə oxucuları aldatmasıdır.
Zaur Xudiyev: Mən hər gün işimlə( derbi.az) əlaqədar müxtəlif idman saytlarında gəzinirəm. Bundan əlavə rəsmi qurumların (AFFA, PFL) saytları da gündəlik izlədiklərimdəndir. Əlavə olaraq ədəbiyyata olan sevgimdən dolayı kulis.az və kult.az gündəlik izlədiklərimdəndir. Ümumiyyətlə isə facebookda qabağıma maraqlı nə xəbər çıxsa açıb baxıram. Azərbaycan mediasının qaymaqlarının 95%-i dostluğumda olduğu üçün xəbər sarıdan korluq çəkmirəm. “Mənim 100-lüyüm”ün bu müzakirəsi sayəsində Orxan kimi dəyərli bir oxucumun olduğunu öyrəndim, bu mənə yetər.
Ləman Səfərli: Ən çox baxdığım və sevdiyim boredpanda.com-dur. Çox maraqlı paylaşımlar olur. Daha sonra 9gag.com . Xəbərləri də, əsasən, bbc.co.uk, theguardian.com saytlarından oxuyuram (daha çox səhərlər twitter-dan qarşıma çıxanda). İncəsənətlə bağlı saytları daha çox sevirəm. Freeyork.org, curiousanimal.com, pictures.reuters.com, worldpressphoto.org, nationalgeographic.com, dangerousminds.net, adme.ru, onedio.com, sanatblog.com, kimi saytlara, demək olar ki, hər gün baxıram. Bir də edu-active.com- dan təqaüd, vakansiya, yaxud proyekt elanlarına görə istifadə edirəm.
Taleh Rzaxanov: Xəbərləri ən etibarlı yerdən: bbc.co.uk -dan alıram. Keyfiyyətli yumor üçün zaytung.com, həftə sonunu maraqlı keçirmək istəyəndə citylife.az köməyə gəlir. Maariflənməyə isə solfront.org -dan yaxşısı yoxdur.
Elvin Cəbiyev: livetv.ru - gecə baxmadığım bütün oyunların icmalı və tam videoyazısını burdan tapıram. whoscored.com - bütün futbol matçlarından əvvəl ehtimal heyətlər, prevyulara baxmaq üçün. Premyer Liqanın rəsmi saytında “Tarixdə bu gün” rubrikasına mütləq baxıram.
Ülviyyə Alixanova: Mən də musiqi ilə bağlı yazım. Demək, tunein.com var, online radiodur. Hər növ musiqi verirlər( musiqiləri kateqoriyalaşdırır: 60, 70.80.90-cı illər,rock, blues, classic, folk, jazz, hiphop, tango, salsa, indie və s. nə desən var). Bundan da əlavə bu radioda dünyanın əksər radiolarına qulaq asa bilərsən. Musiqisiz iş getmir. Demək olar ki, bütün günü bu radiolarda maraqlı mahnılar axtarıram. Bundan əlavə rusların relax-fm.ru radioları var orda da gözəl musiqilər verirlər deyə rahatlıqla bütün günü açıq qoyub işini görə bilərsən.
Əjdər Hüseynov: Son vaxtlar maraq saldığım əsas sahə sənədli filmlərdir. İmkan tapdıqca topdocumentaryfilms.com - da onlara baxıram.
Orxan Məmməd: Mən hər gün İnternetdə daimi oxuduğum 3 köşə yazarının (Yılmaz Özdil (Sözcü), Ekrem Dumanlı (Zaman), David Brooks (New-York Times)) yazılarını axtarıram ki, görüm bugün nə yazıblar. Əgər yazıları çıxıbsa, onları mütləq oxuyuram. Azərbaycandan Nərmin Kamalın bloq yazılarını mütləq oxuyuram, bu yazılardan həzz alıram. Günə belə müsbət başladığımı düşünürəm. Son olaraq, “Amnesty İnternational” və “Human Rights Watch” hüquq müdafiə təşkilatlarının günlük hesabatlarına baxıram. Harda nə hüquq pozuntuları olur, onların hansı həll yolları var, bunun üçün nə tədbir görülüb və ya görülməyib mənim üçün çox maraqlıdır.
Günel Təhməzzadə: Azertag.az, independent.com, bbc.com.uk, iflscience.com.
Ramiz Atabəy: İşim bitdikdən sonra bloquma (ramizatabey.wordpress.com) daxil olub statistikanı yoxlayır ve gələn şərhlərə cavab yazıram. Ardından webaslan.com- dan Galatasaray FC haqqında gündəlik xəbərləri oxuyuram və bu period gündəlik davam edir.
Vahid Əli: Yasilelm.blogspot.com-u, fotosintez.wordpress.com müntəzəm oxuyuram. Bloqlarda maraqlı məlumatlar var. Daha sonra, əyləncə və maarif blogu olan adme.ru-da bütün günü başımı qata da bilərəm. Amma son dövrlər ən çox feminizm və vegetarianlıq haqqında oxuyuram. Məsələn, yesilgazete.org belə məlumatlarla doludur.
Fatma Məmmədova: Mən yolunneresindeyim.blogspot.com ünvanında Sergül Katonun yazılarını izləyirəm. Yaponiyada yaşadığı üçün ora ilə bağlı maraqlı yazılar paylaşır. Bir də İKT ilə bağlı nə yeniliklər olduğunu bilmək üçün elə xəbərlər.az-ı müntəzəm izləyirəm.
Toğrul İsmayıl: Ölkənin aparıcı qəzet və saytların manşetini nəzərdən keçirməkdi ilk işim. musavat.com, APA, CNN Türk, İtar-tass. Bir məsələ var ki, indi dünyanın ən böyük online media qurumları bir-birilərilə güclü rəqabətdədir. Ona görə CNN, BBC, UNİAN, İtar-Tass, aljazeera və bu kimi dünya divi agentliklər arasında seçim etmək mümkün deyil. Ona görə də, bu saytların hər birinə daxil olub, oradan insan nə(lər)sə əldə edə bilər.
Xanım Nağıyeva: Mən təbii olaraq hər gün azertag.az-a baxıram. apa.az, lent.az, kulis.az, trend.az-ı nəzərdən keçirirəm, facebook, twitter, youtube hesablarımı yoxlayıram, boş olanda onedio.com-a, funny animals videolarına baxiram.
Məhəmməd Türkmən: Mən hər səhər işlədiyim musavat.com -a baxıram. Mail ünvanımı yoxlayıram. Hər axşam sabahkı havanın buludlu olub-olmamasına nəzər yetirirəm. Çünki, buludlu olması mənə gecə fotoları üçün şərait yaradır. Kinogo.net də hər gün baxdığım saytdır.
Faiq Əliyev: Hamıdan fərqli olaraq, mən yuxudan oyanan kimi admini olduğum sayta baxmıram, işə çatanda məcburən baxıram.
“Mənim 100-lüyüm” sevimli online məkanlarını sizinlə paylaşdı. Əgər sizing də maraqlı və fərqli müntəzəm izlədiyiniz platformalarınız varsa, twitter və facebook hesablarınızdan #xeberleraz həştəqi ilə yaza bilərsiz.
Günel Hacı
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri