“Bütün tərəfdarlarımı namized.com-da səsverməni dayandırmağa çağırıram”

01-11-2010 / 14:00

 Namized.com internet səsverməsi saytına etirazlar davam edir. Mətbuatın və tanınmış namizədlərin ardınca 71 saylı Masallı kənd seçki dairəsindən deputatlığa namizəd, Millət vəkili Elmira Axundova da saytdakı səsverməyə etiraz edib. 

Açıqlamasında deputat bunları deyib: \"Birincisi mənim namizəd olduğum Masallı kənd seçki dairəsində bəlkə heç 1 faiz seçicinin evində internetə çıxış imkanı yoxdur. Və bu da o deməkdir ki, internet səsverməsində namizədlərin internetə çıxışları olan dostları və tanışları iştirak edir. Bu məsələnin bir tərəfi. Digər tərəfdən namized.com saytında son 2 gündə mənim adıma 200-ə yaxın səs gəlib. Mənə səs verənlər bu haqda seçki qərargahımı məlumatlandırırlar. Ancaq saytda bu qədər səsin müqabilində mənim səslərim cəmi 1 faiz artır. Bu riyazi cəhətdən mümkün deyil. Portalda səslərin sayı da gizlədilir və yalnız faizlə göstərilir. Bütün bunlar göstərir ki, namized.com başqa məqsədlərə xidmət edir və ortada heç də xoş olmayan məlumatlar var. Bir sözlə, saytdakı sesvermənin legitimliyi şübhə altındadır. Ona görə də, baxmayaraq ki, mən bu saytda səsvermədə öndəyəm, bütün tərəfdarlarımı namized.com-da səsverməni dayandırmağa çağırıram.   

//QayNar.info


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə