Gələn il yanvarın 1-dən Azərbaycanda mənşə sertifikatları ilə bağlı müraciətlər yalnız "E-keyfiyyet.gov.az" informasiya sistemi üzərindən qəbul olunacaq.
Xeberler.az Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə istinadən məlumat verir ki, bununla əlaqədar, avqust ayından Bakıda və regionlarda ixracla məşğul olan 300-dən çox sahibkarlıq subyekti ilə "Mənşə sertifikatı" alt modulundan istifadəyə dair maarifləndirici görüşlər keçirilib. Nəticədə, ümumi təqdim olunan mənşə sertifikatlarının 83 %-i Keyfiyyət informasiya sistemi üzərindən təmin edilib.
Sahibkarların Keyfiyyət informasiya sistemindən istifadə bacarığının artırılması üçün "Mənşə sertifikatı" alt moduluna dair videotəlimat Dövlət Agentliyinin rəsmi "Youtube" kanalında yerləşdirilib. Həmçinin "e-keyfiyyet.gov.az" informasiya sisteminin "Elektron xidmətlər" bölməsinin (https://e-keyfiyyet.gov.az/e-services) "Mənşə sertifikatlarının alınması üçün müraciət" alt bölməsi vasitəsilə də videotəlimatla tanış olmaq mümkündür.
Hazırda mənşə sertifikatlarının əldə olunması üçün müraciətlər həm Keyfiyyət informasiya sistemi (E-keyfiyyet.gov.az), həm də İqtisadiyyat Nazirliyinin internet səhifəsi (economy.gov.az) vasitəsilə hibrid formada həyata keçirilir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları