Previous Next
Bağla

Mərkəzi Bank ianə köçürülməsi imkanlarını genişləndirib

23-03-2020 18:27
Mərkəzi Bank ianə köçürülməsi imkanlarını genişləndirib
Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanına əsasən Koronavirusla Mübarizəyə Dəstək Fondu üçün Mərkəzi Bankda və Azərbaycan Beynəlxalq Bankında açılmış müvafiq hesablara könüllü ödənişlərin və ianələrin sayı artmaqdadır.
 
Xeberler.az bildirir ki, həyata keçirilən ödənişlərin kütləviliyini və intensivliyini, ayrı-ayrı fiziki və hüquqi şəxslərin müraciətlərini, habelə ölkədə məhdudlaşdırılmış iş rejiminin tətbiqi məsələlərini nəzərə alaraq, Mərkəzi Bank tərəfindən kütləvi ödənişlərin mərkəzləşdirilmiş qaydada qəbulunun təşkili üçün yaradılmış “Hökumət Ödəniş Portalı”nda qeyd olunan hesablara vəsaitlərin köçürülməsi imkanlarının və üsullarının genişləndirilməsi və asanlaşdırılması məqsədilə xüsusi funksionallıq və mexanizm yaradılıb.

Mərkəzi Bank ictimaiyyətin diqqətinə çatdırır ki, bütün hüquqi və fiziki şəxslər ölkədə fəaliyyət göstərən bankların və milli poçt operatoru olan Azərpoçt MMC-nin filial və şöbələrində istər nağd formada, istərsə də nağdsız ödəniş alətləri vasitəsilə, o cümlədən portalın internet səhifəsindən (www.gpp.az/kmdf) və mobil əlavəsindən (Android və iOS platformalı) istifadə etməklə 24/7/365 rejimində həmin hesablara vəsaitlərini köçürə bilərlər.

Mərkəzi Banka və Azərbaycan Beynəlxalq Bankında açılmış hesabların rekvizitləri barədə məlumatlar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin rəsmi internet səhifəsində (www.cabmin.gov.az) yerləşdirilib.
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“YAŞAT” Fonduna “Hökumət Ödəniş Portalı” vasitəsilə də ianə etmək mümkündür

10-12-2020

Bakı Nəqliyyat Agentliyi Hökumət Ödəniş Portalı-na inteqrasiya olunub

05-11-2018

NRYTN Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələrin köçürülməsini asanlaşdırıb

23-03-2020

Hökumət Ödəniş Portalında yenilik var

15-01-2019

Koronavirusla Mübarizəyə Dəstək Fondu ASAN ödəniş sistemində

25-03-2020

Bələdiyyə ödənişləri Hökumət Ödəniş Portalına inteqrasiya edilib

09-09-2019

Hökumət Ödəniş Portalının imkanları genişləndirilir

17-03-2016

Koronavirusla Mübarizəyə Dəstək Fondunun rəsmi internet saytı istifadəyə verilib

24-03-2020

Hesab.az çətin günlərdə də istifadəçilərin yanındadır

04-04-2020

Mərkəzi Bank Ani Ödənişlər Sistemini pilot rejimində təqdim edib

12-08-2020

Azərkosmos Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib

25-03-2020

Tələbələr təhsil haqqını onlayn ödəyəcək

15-12-2015

DİM ASAN ödəniş sisteminə inteqrasiya edilib

15-01-2019

Ağalı kəndində nağdsız ödəniş imkanları genişləndirilib

12-09-2022

Rəqəmsal ödənişlərlə bağlı 2 illik proqram təsdiqləndi

27-09-2018

Smartpay üzərindən Koronavirusla Mübarizəyə Dəstək Fonduna 21 min manatdan çox vəsait köçürülüb

27-03-2020

Mərkəzi Bank rəqəmsal ödənişlərin stimullaşdırılması məqsədilə keçirilən Kartla ödə, kartla qazan lotereyasına start verir

30-01-2019

Azəristiliktəchizat ASC ASAN ödəniş sisteminə uğurla inteqrasiya edilib

30-01-2019

Azərbaycan Mərkəzi Bankı və Mastercard şirkəti tərəfindən Naxçıvanda layihə həyata keçirilir

08-06-2018

Beynəlxalq Bank elektron bankçılıq xidmətləri üzrə liderdir

01-03-2019

E-Manat terminalları ASAN Ödəniş sisteminə qoşuldu

22-06-2018

Ani Ödənişlər Sistemi ilə mobil tətbiqdən hesablara mədaxil imkanı yaradılıb

23-09-2024

Yeni nəsil kassa aparatlarının tətbiqi üçün standartlar hazırlanıb

03-04-2019

Ödəniş sistemlərinin təhlükəsizliyi gücləndirilir

20-11-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə