“MERS” koronovirusuna yoluxanlar mobil telefonlarla izləniləcək

08-06-2015 / 18:33

Cənubi Koreya “MERS” koronovirusuna yoluxmada şübhəli bilinən insanların olduqları yeri və onlarla əlaqədə olan insanları mobil telefonlar vasitəsilə izləyəcək.
 
Xeberler.az xarici mətbuata istinadən məlumat verir ki, buna səbəb xəstəliyin epidemiya halını almasıdır. Ölkənin Səhiyyə Nazirliyi 23 yeni yoluxma hadisəsi barədə məlumat verib. Xəstələnənlərin arasında bir körpə də var. Əvvəllər virusa həssaslıq yalnız böyüklərdə müşahidə edilib.  
 
Xəstələrin ümumi sayı 87 nəfər, ölənlərin sayı 6 nəfərdir.
 
Bildirilir ki, 2300 nəfər karantində olmalıdır. Onlardan bəziləri tibbi məntəqələrdə saxlanılır, lakin çoxu karantin dövrünü evdə keçirir. Səhiyyə Nazirliyi karantin dövrünü evdə keçirənlərə ciddi nəzarət edir.
 
Təhsil Nazirliyi bu gündən 1869 məktəbin bağlanacağını bildirib.
 
Hazırda virusun qarşısını almaq üçün nə vaksin, nə də spesifik antivirus terapiyası mövcud deyil.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə