Previous Next
Bağla

Işçi qüvvəsinə dair tələbatın öyrənilməsi e-qaydada həyata keçirilir

18-10-2019 11:46
Işçi qüvvəsinə dair tələbatın öyrənilməsi e-qaydada həyata keçirilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işəgötürənlərin cari və perspektiv planda işçi qüvvəsinə dair tələbatının öyrənilməsi məqsədilə nazirliyin “Əmək müqaviləsi bildirişi” altsistemi vasitəsilə sorğu keçirir.

Xeberler.az bildirir ki, e-sistemdə təqdim edilən sorğu anketində işəgötürən ilk növbədə sorğuda iştiraka dəvət edilir. Ona “Müəssisə və ya təşkilatınızın cari və perspektiv inkişafı üçün peşə və ixtisaslar üzrə işçi qüvvəsinə tələbatı var?” sualı, bu suala müsbət cavab verildikdə isə “Müəssisə və ya təşkilatınızın cari və perspektiv inkişafı üçün hansı peşə və ixtisaslar üzrə işçi qüvvəsinə tələbatı var?” sualı təqdim edilir. Bundan sonra işəgötürən məşğulluq təsnifatı üzrə təqdim edilən siyahıdan onun üçün hansı peşə və ixtisaslar üzrə işçi qüvvəsinə tələb yaranacağını qeyd edərək sistemə daxil edir.

Hazırda işəgötürənlər tərəfindən sorğunun cavablandırılması prosesi davam edir. Sorğunun nəticələri əsasında istehsal və xidmət sahələrində yaxın və ortamüddətli dövrdə işçi sayında hansı dəyişikliklərin gözlənildiyi, hansı peşə və ixtisaslara, əmək bacarıqlarına malik işçi qüvvəsinə tələbatın artacağı barədə real vəziyyəti əks etdirən məlumatlar əldə olunacaq. Bu da nazirlik tərəfindən əmək bazarı proqramlarının, həmçinin peşə hazırlığı və yenidənhazırlıq tədbirlərinin işəgötürənlərin işçi qüvvəsinə tələbatına daha uyğun şəkildə, məqsədyönlü hazırlanması və həyata keçirilməsi işlərində önəmli rol oynayacaq.

İşəgötürənləri “Əmək müqaviləsi bildirişi” altsisteminə daxil olaraq, qeyd edilən sorğuda aktiv iştiraka dəvət edirik.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Işəgötürənlər üçün e-sorğu davam edir

28-10-2019

E-sistem üzərindən icbari sığorta müqaviləsi bağlanan işçilərin sayı artıb

27-05-2021

Məşğulluq altsistemində vakansiyalar üzrə göndərişlərin verilməsi e-qaydada aparılır

22-01-2020

Əmək müqaviləsi bildirişi elektron imza vasitəsilə daxil ediləcək

08-06-2015

ƏMAS-da e-qaydada 700 mindən çox əmək müqaviləsi imzalanıb

01-11-2024

ƏMAS platformasında e-qaydada 270 mindən çox əmək müqaviləsi imzalanıb

17-09-2024

Əmək müqaviləsi ilə bağlı xidmətdən istifadənin statistikası açıqlandı

04-08-2015

ƏMAS-da e-qaydada 1 milyon 745 minədək əmək müqaviləsi imzalanıb

29-07-2025

Məşğulluq altsistemi istifadəyə verilib

08-11-2019

“Əmək müqaviləsi bildirişi” altsisteminə giriş məhdudlaşdırılacaq

06-05-2022

Şirkətlərin işçilərin əmək müqaviləsini ləğv edəilməsi qaydası açıqlanıb

24-09-2024

Peşə Təhsili üzrə Dövlət Agentliyi və "Azerconnect" şirkəti Anlaşma Memorandumu imzalayıb

30-11-2021

Daha 150-dək peşə və kvalifikasiya standartı hazırlanaraq təsdiq edilib  

01-08-2022

Əmək müqaviləsi bildirişləri üzrə e-sistemdən istifadə sayı açıqlanıb

10-11-2015

“E-sosial” vasitəsilə 23 mindən çox əmək müqaviləsi imzalanıb

24-05-2025

Vahid əmək münasibətləri platforması gələn ayın əvvəlindən istifadəyə veriləcək

18-04-2022

ƏMAS-da qısamüddətli icazələrin e-rəsmiləşdirilməsi imkanı yaradılıb

11-11-2025

Bu e-xidmətə 10 milyona yaxın müraciət olub

15-08-2017

İş yerləri barədə məlumatlar elektron informasiya sisteminə daxil ediləcək

18-09-2019

“Əmək və Məşğulluq” altsistemində yeni funksionallıq yaradılıb

27-10-2025

E-xidmətlərdən istifadə artıb

29-04-2015

“Əmək və məşğulluq” altsistemində yeni funksionallıq istifadəyə verilib

23-04-2025

Anar Əliyev:Nazirlik üzrə elektronlaşma 90 faizdən yüksəkdir

24-09-2025

Nazirliyin e-xidmətlərindən istifadə sayı artıb

08-05-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə