Azercell yenilənmiş “Hədiyyə çarxı”nı təqdim edir

30-12-2025 / 21:24

Lider mobil operator “Hədiyyə çarxı” kampaniyasını yenilənmiş formatda istifadəyə verib.

Yeni format çərçivəsində abunəçilər həftədə bir dəfə kampaniyada ödənişsiz iştirak edə bilərlər.

Kampaniya çərçivəsində “iPhone” və digər smartfonlar, ağıllı saatlar, modemlər və müxtəlif cihazlar, eləcə də dəqiqələr və internet paketləri daxil olmaqla geniş çeşiddə hədiyyələr təqdim olunur.

Kampaniyada nömrələri ikitərəfli açıq olan bütün Azercell abunəçiləri iştirak edə bilər. Azercell-ə yeni qoşulan abunəçilər isə çarxı növbəti həftədən etibarən çevirə biləcəklər. Kampaniyadan yararlanmaq üçün abunəçilərin “Azercell” mobil tətbiqində “Üstünlüklər” bölməsinə daxil olaraq “Hədiyyə çarxı”na qoşulması kifayətdir.

Ətraflı məlumat üçün: "Hədiyyə Çarxı" kampaniyası | Azercell


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə