“Meta Platforms” şirkəti “Google” ilə (“Alphabet”ə məxsusdur) sonuncunun “Cloud” xidmətlərindən istifadə etmək üçün müqavilə imzalayıb.
Xeberler.az “Bloomberg”ə istinadən məlumat verir ki, müqavilənin dəyəri 10 milyard dollardan çoxdur ki, Zukerberqin şirkəti bu məbləği altı il ərzində ödəyəcək.
İnsayderlərin fikrincə, milyardlarla dollarlıq müqavilə “Meta”ya süni intellekt sahəsində irimiqyaslı layihələrini dəstəkləmək üçün yaddaş, şəbəkə və digər “Google Cloud” xidmətləri daxil olmaqla, lazımi hesablama gücünü almağa imkan verəcək. Bu əməkdaşlıq iki texnologiya nəhəngi arasında bulud texnologiyaları sahəsində ilk böyük razılaşmadır. “Google Cloud” bazarda AWS və “Azure”dən sonra üçüncü yeri tutur.
“Google Cloud” əvvəllər “Meta” ilə əməkdaşlıq edib, xüsusən də sonucunun açıq mənbəli süni intellekt modellərini (“Llama”) “Vertex AI” platforması vasitəsilə tərtibatçılar üçün əlçatan hala gətirib. Bu, şirkətlərə və tərtibatçılara öz tətbiqlərini yaratmaq üçün “Meta” modellərindən asanlıqla istifadə etməyə imkan verib.
Yeni müqavilə “Meta”nın süni intellekt infrastrukturuna irimiqyaslı investisiyasının bir hissəsidir. Baş direktor Mark Zukerberq bu yaxınlarda şirkətin bir neçə böyük süni intellekt məlumat mərkəzinin tikintisinə yüz milyardlarla dollar xərcləyəcəyini bildirib. “Meta” artıq illik kapital xərcləri proqnozunun aşağı hissəsini 2 milyard dollar artırıb. Analitiklər Mandep Sinq və Robert Biggar qeyd ediblər ki, “Meta” hazırda axtarış, kodlaşdırma, real vaxtda kəşfiyyat məlumatlarının toplanması və tərcümədə digər qabaqcıl modellərin populyarlığını nəzərə alaraq, öz “Llama” modelinin əsaslandırma imkanlarını təkmilləşdirmək üzərində işləyir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları