Microsoft Avropada ilk “Əşyaların İnterneti” laboratoriyasını açıb

31-03-2017 / 14:51

Microsoft  Almaniyanın Münhen şəhərində Avropada ilk “Əşyaların İnterneti” laboratoriyasını açıb.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki,  Microsoft-un bu sahəsinə sərmayə yatırmaq istəyən investorlar üçün ABŞ-ın Redmond, Vaşinqton və Çinin Şençjen şəhərlərində oxşar laboratoriyaları fəaliyyət göstərir.

Bundan əlavə, Almaniyada Cisco və IBM şirkətləri də öz texnologiya laboratoriyalarını açıblar.

Münhen Siemens, BMW, Bosch və Adidas kimi bir çox texnologiya nəhənglərinin evi hesab olunur.

Şəhərdə İnternetə qoşulmuş istehsal xətləri və robotlar var.

International Data Corporation-ın ötən il keçirdiyi sorğu nəticəsində Qərbi Avropada fəaliyyət göstərən 1872 şirkətin üçdə bir hissəsindən çoxunun Əşyaların İnterneti texnologiyalarından istifadə etdiyi məlum olub.

Günel


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə