iOS 9-un yeniliklərinə daha biri əlavə olunub

09-07-2015 / 15:10

iOS 9 əməliyyat sisteminin gətirəcəyi bir yenilik də selfie-lər və telefonda olan ekran görüntüləri ilə bağlıdır.

Xəbərlər-in Reporta istinadən verdiyi xəbərə görə, istifadəçinin telefonu iki qovluqda olmaq üzrə çəkilən şəkilləri avtomatik qruplaşdıracaq. Bununla da istifadəçi çəkdiyi selfie-lərdən və digər şəkillərdən hansını silib, hansını paylaşacağına asanlıqla qərar verə biləcək. 

iPhone-larda bu funksiyanın oxşar bir versiyası əvvəldən də olub, belə ki, sürətli keçidlə, ləng kadrlarla çəkilən fotolar və s. olmaqla fotoları və videoları telefon bir qovluqda albomlaşdırırdı. Bu xüsusiyyət hələ ki, iOS 9 beta versiyasında və sadəcə veb-developerlər üçün istifadəyə veriləcək.

Bununla yanaşı, sistem Apple News yeniliyinə gətirir ki, bunun vasitəsilə istifadəçilər Apple Music-də daha yüksək keyfiyyətli axına malik musiqi dinləcəyəcəklər.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə