Microsoft “Edge” brauzerində süni intellekt (Sİ) əsaslı yeni Copilot Mode rejimini istifadəyə verib. Yeni funksiya istifadəçilərə videoları xülasə etməyə, veb-səhifələri analiz etməyə və müəyyən tapşırıqları fon rejimində yerinə yetirməyə imkan verir.
Xeberler.az bildirir ki, şirkətin məlumatına görə, Copilot Mode 2025-ci ilin iyulundan sınaqdan keçirilirdi və artıq Sİ köməkçisi Copilot dəstəklənən ölkələrdə bütün istifadəçilər üçün əlçatandır.
Brauzerin əsas səhifəsində indi GPT-5 modeli üzərində çalışan Copilot üçün sorğu sətri yerləşdirilib. İstifadəçilər Alt + C kombinasiyası ilə köməkçini istənilən səhifədə çağıra, mətn və ya səsli şəkildə sual verə bilərlər.
Copilot təkcə açıq səhifəni deyil, bütün aktiv vərəqləri “görə” və analiz edə bilir. O, həmçinin istifadəçinin axtarış tarixçəsini nəzərə alaraq fərdiləşdirilmiş cavablar təqdim edir.
Microsoft, həmçinin brauzerə Copilot Actions adlı agent funksiyasını əlavə edib. Bu funksiya e-poçtu yoxlayaraq spam abunələrdən çıxmağı və ya restoran masası bron etməyi avtomatik şəkildə həyata keçirə bilir. Hazırda bu imkan yalnız ABŞ istifadəçiləri üçün aktivdir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları