“Microsoft” pandemiyada çalışan işçilərinə - $1500 Müavinət Ödəyəcək

09-07-2021 / 10:01

“Microsoft” korporasiyası pandemiya dövründə çalışan işçilərinə bonus şəklində 200 milyon dollar vəsait xərcləyəcək.

Xeberler.az bildirir ki, əlavə ödənişlər iyul və avqust aylarında ABŞ-da və xaricdə çalışan işçilərə veriləcək.

Dünya üzrə “Microsoft”da 175 min nəfər çalışır, eyni zamanda vitse-prezident vəzifəsində olan şəxslərin, o cümlədən korporasiyanın törəməsi olan şirkətlərdə (“GitHub”, “LinkedIn” və “Zenimax”) çalışanların müavinət almayacağı bildirilir.

Xatırladaq ki, 2021-ci ilin fevralında “Microsoft” distant rejimdə tükənməyə qarşı mübarizə proqramını işə salıb. Həmin proqram işçilərə təhsil, idman və hobbi üçün 1200 dolların ödənilməsini nəzərdə tutur.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə