Previous Next
Bağla

Kaspersky fişinqdən qorunmağın 6 üsulunu açıqlayıb

11-12-2021 12:32
Kaspersky fişinqdən qorunmağın 6 üsulunu açıqlayıb

“Siz 1000 manat qazandınız” və “Hesabınız bloklanıb” mətnli məktubların ümumi cəhəti nədir? Onlar həm gerçək (nadir hallarda), həm də dələduz tələsi (əksər hallarda) ola bilər. Saxta məktubların bir hədəfi var – alıcını yalana, fişinq saytına daxil olmağa və orada gizli məlumatlarını - login və şifrələri və ya kart məlumatlarını daxil etməyə inandırmaqdır. Fişinq hücumunu tanımağın və ondan qorunmağın 6 səmərəli üsulu var:

1. Elektron məktubları diqqətlə yoxlayın

Hər hansı bir məktubu alarkən ona cavab verməyə və ya onda göstərilmiş hər hansı bir təlimatı yerinə yetirməyə tələsməyin: əvvəlcə vacib detallara diqqət edin. Həyəcan təbili nə zaman çalınmalıdır?

1. Cəlbedici mövzu. İri məbləğdə pul köçürmələri, pul kompensasiyaları, hesabın sındırılması və ya bloklanması, dələduzluq əməliyyatları

2. Vəziyyətin qızışdırılması. “Təcili!” və “Sadəcə 3 saatınız var” kimi ifadələr, nida işarələrinin bolluğu

3. Mətndə leksik və qrammatik səhvlər və qəribə işarələr

4. Göndərənin qəribə ünvan adı

5. Əgər varsa, məktubdakı əlavə. Daha doğrusu, onun yönləndirəcəyi sayt. Onu
görmək üçün siçan oxunu linkin üzərinə gətirmək və ünvanı diqqətlə yoxlamaq lazımdır.

Əksər hallarda kütləvi göndəriş şəklindəki fişinq məktubunu tanımaq üçün bu cür yoxlamalar kifayət edir. Amma mümkün olduğu qədər sizin istəyinizlə göndərilməyən linklərə keçid etməyin.

2. Messencerlər və sosial şəbəkələrdə sayıqlığı əldən verməyin

Təkcə məktublara qarşı deyil, həm də messencerlərdəki mesajlara qarşı diqqətli olmaq lazımdır. Həmçinin sosial şəbəkələrdə: yem rolunu oynayan link dostunuzun
Facebookdakı paylaşımında və ya Twitter-dəki saxta brend nümayəndələrinin cavablarında ola bilər. Hətta bannerlərə də şübhə ilə yanaşmaq lazımdır – onlarda göstərilən şəklin sizin yönləndiriləcəyiniz saytla heç bir əlaqəsi olmaya bilər.

3. Kart nömrəsi daxil etməzdən əvvəl əl saxlayın!

Bank kartı məlumatları xüsusi həssaslıq tələb edir. Onlar sizin pullarınıza birbaşa çıxış təmin edir. Buna görə də, sayta istər link, istər banner vasitəsilə və ya axtarış
nəticələrindən və ya ünvanı əllə yazaraq giriş etməyinizdən asılı olmayaraq, kart rekvizitlərini daxil etməzdən əvvəl əl saxlayın və bir daha harada olduğunuzu yoxlayın.

Birincisi, ünvana diqqətlə baxın. İkincisi, eyni ünvan sətrində soldakı qıfıl işarəsinə basın. Öz-özlüyündə o, təhlükəsizlik təminatı vermir, amma saytın sahibi haqqında daha çox bilmək təklifi görürsünüz. Əgər kiçik şirkətlər və fərdi satıcılar da daxil olmaqla, İnternet üzərindən tez-tez alış-veriş edirsinizsə, bunun üçün ayrıca bir kart təyin etmək, onun balansında az məbləğdə pul saxlamaq və ödəniş etməyə hazırlaşdığınız zaman balansını tövsiyə edirik.

4. Müxtəlif şifrələrdən istifadə edin

Əgər müxtəlif hesablar üçün eyni şifrədən istifadə edirsinizsə, hətta çox etibarlı olsa belə, onu bir dəfə fişinq saytında daxil etməklə bütün hesab məlumatlarınızı itirmək riskinə məruz qalırsınız. Buna görə də, hər bir sayt və tətbiq üçün şifrənin özünəməxsus olması vacibdir.

Əgər hər bir pizza dükanı və onlayn mağaza üçün onlarla şifrə fikirləşmək və yadda saxlamaq sizin üçün çətindirsə, şifrələr meneceri köməyinizə çata bilər. Şifrələr meneceri sındırılması çətin olan şifrə kombinasiyalarını özləri yaradır yəni daha bir qayğıdan azad olursunuz. Bundan başqa, onlarda əlavə faydalı funksiyalar da olur.

Məsələn, Kaspersky Password Manager şifrələrinizi yoxlayır və əgər onlar çox zəifdirsə, təkrardırsa və sızdırılmış şifrə bazalarından birinə düşübsə yəni artıq cinayətkarlara məlumdursa, dərhal xəbərdarlıq edir.

5. Hesabların qorunması üçün ikifaktorlu autentifikasiyanı aktivləşdirin

Bir çox fişinq hücumları hesabların ələ keçirilməsinə yönəlib. Amma elə etmək olar ki, təcavüzkarlar, hətta login və şifrənizi əldə etsələr belə, hesabınıza daxil ola bilməsinlər. Bütün mümkün xidmətlərdə ikifaktorlu autentifikasiyanı aktivləşdirin və avtorizasiya üçün elektron poçtunuza, telefon nömrənizə və ya xüsusi autentifikator tətbiqinə gələn əlavə birdəfəlik şifrə lazım olacaq. Təcavüzkarlar bu şifrəni görə bilməyəcək.

6. Etibarlı qoruma həllindən istifadə edin

Əlbəttə, hər zaman ayıq-sayıq olmaq və bütün ünvanları, linkləri və s. yoxlamaq çətindir. Bu tapşırığı avtomatlaşdırmaq və fişinqdən müdafiə qabiliyyətli bir həllə,
məsələn, Kaspersky Security Cloud-a etibar etmək olar. Antivirus zərərli saytlara giriş cəhdiniz barədə vaxtında xəbərdarlıq edir və təhdidi bloklayır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Kaspersky mütəxəssisləri xəbərdarlıq edir

30-12-2021

Onlayn mağaza istifadəçilərinə edilən fişinq hücumlarının sayı artıb

16-04-2020

Onlayn alış-verişdə insanları necə aldadırlar?

10-11-2022

Kaspersky identifikasiya, autentifikasiya və avtorizasiya arasındakı fərqi izah edir

27-10-2021

"Black Friday" endirimlərində kiberhücumlar- Xəbərdarlıq

25-11-2022

“Kaspersky kiber cinayətkarların onlayn kinoteatr istifadəçilərini necə aldatdığını öyrənib”

02-12-2021

Kaspersky: Fişinq səhifələrinin ömrü 24 saatdan çox deyil

05-01-2022

Kaspersky internet məlumatları ilə davtanış qaydalarını açıqlayıb

29-01-2022

Fişinq, smişinq və vişinqi tanımağı öyrənək

04-08-2022

Kaspersky: Azərbaycandakı respondentlərin 87 faizi dələduzluqla şəxsən qarşılaşıb

09-02-2022

Kaspersky: Elektron poçtunuzu şəxsi məqsədlər üçün istifadə etməyin

24-09-2021

Kaspersky Olimpiya Oyunları ərəfəsində onlayn fırıldaqçılıq sxemlərini araşdırıb

26-07-2021

Kaspersky WhatsApp-da “sağ qalmağın” qaydalarını açıqlayır

20-05-2022

Ötən il iki milyon istifadəçi şifrə oğurlayan proqramların hücumuna məruz qalıb

30-01-2020

Kaspersky zərərli proqramlarla bağlı xəbərdarlıq edir

18-10-2021

Kaspersky kriptovalyutalara qarşı 200 min fişinq hücumunun qarşısını alıb

28-06-2022

“Qara cümə günü” ərəfəsində fişinq hücumlarının sayı artıb

25-11-2021

Azərbaycanda kriptovalyuta sahəsində fişinqin həcmi 3 dəfə artıb

13-04-2023

Kaspersky İctimai Wi-Fi-dan təhlükəsiz istifadənin 7 qaydasını açıqlayıb

01-10-2021

Kaspersky: Asan qazanc təklif edən fırıldaqçı məktubların sayı 3 dəfə artıb

11-08-2021

Kaspersky: istifadəçilər sosial mediada hər gün orta hesabla saat yarım vaxt keçirir

08-10-2021

Microsoft təhlükəsizlik üzrə bayram siyahısı hazırlayıb

18-12-2018

Kaspersky: İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 7 sadə qaydası

30-04-2022

Kaspersky Formula 1 biletlərini təhlükəsiz şəkildə almaq üçün öz tövsiyələrini bölüşüb

10-06-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə