Previous Next
Bağla

Kaspersky: İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 7 sadə qaydası

30-04-2022 10:36
Kaspersky: İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 7 sadə qaydası

Dövrümüzdə pulsuz ictimai Wi-Fi şəbəkələrinə demək olar ki, hər yerdə - küçə, metro və avtobuslarda; otel və ya restoran kimi məkanlarda rast gəlmək olar. Ümumiyyətlə, bu tip şəbəkədən istifadə etmək üçün şifrəyə ehtiyac yoxdur - sadəcə qoşulursunuz və artıq onlaynsınız. Praktikada bu çox rahatdır, lakin təəssüf ki, bu vəziyyət təcavüzkarlar üçün fürsətlər yaradır.

Xeberler.az məlumat verir ki, iş orasındadır ki, pulsuz Wi-Fi şəbəkələri getdikcə daha çox yayılır, təcavüzkarlar da bu tendensiyanı izləyirlər. Saxta şəbəkəni rəsmi şəbəkədən ayırmaq çox çətin ola bilər, ona görə də internetə yalnız evdə və ya mobil internet vasitəsilə qoşulmaq daha yaxşıdır. Bu, bütün vəziyyət və şəraitlərdə tamamilə rahat və ya praktik olmasa da, əlbəttə ki, ən təhlükəsiz yoldur. Çox vaxt daimi əlaqədə qalmaq üçün internetə çıxışınız olmalıdır.

İnternetdən istifadə edərkən ödəniş məlumatları, müxtəlif xidmətlər üçün giriş və şifrələr, sənədlər və yazışmalar kimi çox sayda qiymətli məlumatlar ötürülür. Əgər onlar cinayətkarın əlinə keçərsə, o, bütün bank vəsaitlərinizi öz hesabına köçürə, istifadəçi hesablarını oğurlayıb, onlar vasitəsilə spam yaya və ya dostlarınızdan pul istəyə bilər. Şəxsi yazışmaları əldə edərək hətta şantaja da baş vura bilərlər. Təhlükəsiz şəbəkəyə iş cihazından qoşulmaq isə işəgötürənin kommersiya məlumatlarını yanlış əllərə təhvil verə bilər. Bəzi hallarda cinayətkarlar cihazı hətta təhlükəli Wi-Fi ilə əlaqəsi kəsdikdən sonra belə yerində qalacaq zərərli proqramla sakit şəkildə yoluxdura bilərlər.

Kaspersky bu problemlərin qarşısını almağa kömək edəcək 7 sadə qaydanı paylaşır:

1. İctimai Wi-Fi şəbəkələrinə güvənməyin

Unutmayın ki, şifrəsiz Wi-Fi şəbəkələri yalnız vacib məlumatlarla əlaqəli olmayan onlayn fəaliyyətlər üçün münasibdir: onlar vasitəsilə ötürdüyünüz və qəbul etdiyiniz məlumatlar eyni şəbəkəyə giriş əldə edən hər kəs tərəfindən izlənə bilər, məsələn, həmin şəxs sizinlə eyni hava limanında və ya qatarda olan onlarla yad adamdan biri ola bilər.

2. Giriş nöqtələrinin adlarını yoxlayın

Bəzi təcavüzkarlar daha da irəli gedirlər: mövcud ictimai Wi-Fi şəbəkələrinə qoşulmaq əvəzinə, özlərinin şəbəkəsini yaradır və qurbanlarını oraya cəlb edirlər. Cihazlarınızdan alınan məlumatlar ruter vasitəsilə İnternetə ötürüldüyü üçün, şəbəkənin etikanı gözləməyin sahibi məlumatlarınızı asanlıqla ələ keçirə bilər. Kimisə cinayətkarın qurduğu tələyə salmaq üçün giriş nöqtəsinin adı hətta biznes mərkəzinizin və ya sevimli kafenizin Wi-Fi şəbəkəsinin adına uyğun adlandıra bilər. Mövcud giriş nöqtələrinin siyahısını diqqətlə öyrənin, adlarını işarələrlə müqayisə edin, sizə tanış gələn ilk şəbəkəyə qoşulmayın. Səhv söz sırası, hərfləri oxşar rəqəmlərlə əvəz etmək, əlavə dəyişikliklər saxta şəbəkəni müəyyən etməyə kömək edə bilər.

3. Şəbəkələrə avtomatik qoşulmaqdan imtina edin

Batareyaya qənaət etmək üçün cihazı istifadə etmədiyiniz zaman Wi-Fi bağlantısını söndürün. Cihazınınızın şəbəkələrə avtomatik qoşulma funksiyasını deaktiv edin (bunu adətən Wi-Fi parametrlərində edilə bilərsiniz). İctimai Wi-Fi şəbəkələrindən istifadəni bitirən kimi onları bağlantılar siyahısından silin ("unudun -forget”).

4. Autentifikasiya tələb edən xidmətlər üçün güvnmədiyiniz Wi-Fi şəbəkəsindən istifadə etməyin

Həssas məlumatları saxlayan hər hansı hesablara (xüsusilə də maliyyə məlumatları) yalnız təhlükəsiz ev və ya korporativ internet şəbəkəsindən daxil olmaq ən yaxşı seçimdir. Ancaq yaranmış hər hansı vəziyyət sizi təcili olaraq kartın balansını yoxlamağa və ya dövlət xidmətlərinə daxil olmağa məcbur edərsə, bunu mobil internet vasitəsilə edin. Bahalı və rouminq olsa belə, tərəddüd etməyin, çünki şübhəli Wi-Fi nöqtəsi vasitəsilə məxfi məlumatlarınızın sızması sizə daha baha başa gələcək.

5. Bağlantı kanalını qorumaq üçün cihaza öncədən tətbiq quraşdırın

İctimai Wi-Fi şəbəkələrindən istifadə edərkən cihazlarınızı qorumağın etibarlı yolu onlara əvvəlcədən etibarlı qoruma tətbiqləri quraşdırmaqdır. Sorğunuzu ruterə göndərməzdən əvvəl şifrələyən təhlükəsiz bağlantı proqramları var ki, şəbəkənin sahibləri və digər şəbəkə ziyarətçiləri sizin nəyi və haraya göndərdiyinizi bilə bilməzlər (bu texnologiya virtual özəl şəbəkə yəni VPN adlanır). Bununla hətta ictimai şəbəkələrdə gəzmək də məlumatlarınız üçün təhlükəsiz olacaq.

6. Məlumatlarınızı etibar edə biləcəyiniz müsbət reputasiyalı şirkətlərin təhlükəsizlik proqramlarından istifadə edin

Təhlükəsiz bağlantı üçün həll seçərkən, onu yaradanlara etibar etməyə hazır olduğunuzdan əmin olun. Məlumatlarınızı toplamayan və üçüncü tərəflərə satmayan müsbət reputasiyaya malik şirkətləri seçin. Məsələn, əksər Kaspersky həllərində və ixtisaslaşdırılmış Kaspersky Secure Connection proqramında mövcud olan təhlükəsiz bağlantı etibarlı və təhlükəsiz OpenVPN protokolundan istifadə edir və istifadəçinin trafik qeydlərini saxlamır.

7. Bağlantı təhlükəsizliyini istənilən ictimai şəbəkədə avtomatik işə düşəcəyi şəkildə quraşdırın

Təhlükəsiz bağlantı vacib proqramları açmazdan əvvəl əl ilə aktivləşdirilə bilər, lakin təkcə yaddaşınıza etibar etməməkdə fayda var. Hər hansı ictimai şəbəkəyə qoşulduqda təhlükəsiz bağlantı funksiyasını avtomatik işə düşəcəyi şəkildə quraşdırın (əgər proqramda belə bir funksiya varsa). Əgər siz Kaspersky Secure Connection-dan istifadə edirsinizsə, onda sürətdən narahat olmaq lazım deyil, zolaq genişliyi hətta video yayımı üçün də kifayətdir. Həssas məlumatlarla işləyirsinizsə, Kaspersky Secure Connection-da Kill Switch funksiyasını aktivləşdirin. Bu təhlükəsizlik həlli təhlükəsiz bağlantı qurulana və məlumatların ələ keçmə riski aradan qaldırılana qədər məlumatların göndərilməsini tamamilə bloklayır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Kaspersky İctimai Wi-Fi-dan təhlükəsiz istifadənin 7 qaydasını açıqlayıb

Kaspersky İctimai Wi-Fi-dan təhlükəsiz istifadənin 7 qaydasını açıqlayıb

01-10-2021
Kaspersky Formula 1 biletlərini təhlükəsiz şəkildə almaq üçün öz tövsiyələrini bölüşüb

Kaspersky Formula 1 biletlərini təhlükəsiz şəkildə almaq üçün öz tövsiyələrini bölüşüb

10-06-2022
Evdaxili Wi-Fi şəbəkəsini qonşulardan necə qorumalı

Evdaxili Wi-Fi şəbəkəsini qonşulardan necə qorumalı

28-09-2022
2023-cü il üçün 5 faydalı rəqəmsal vərdiş

2023-cü il üçün 5 faydalı rəqəmsal vərdiş

23-01-2023
Rəqəmsal məkanda şəxsi məlumatları və pulları necə qoruyaq?

Rəqəmsal məkanda şəxsi məlumatları və pulları necə qoruyaq?

07-02-2023
Təcavüzkarlar onlayn tanışlıq xidmətlərindən necə sui-istifadə edirlər?

Təcavüzkarlar onlayn tanışlıq xidmətlərindən necə sui-istifadə edirlər?

14-02-2023
Onlayn alış-verişdə insanları necə aldadırlar?

Onlayn alış-verişdə insanları necə aldadırlar?

10-11-2022
Microsoft təhlükəsizlik üzrə bayram siyahısı hazırlayıb

Microsoft təhlükəsizlik üzrə bayram siyahısı hazırlayıb

18-12-2018
Kaspersky: Trickbot bank troyanı getdikcə daha da güclənir

Kaspersky: Trickbot bank troyanı getdikcə daha da güclənir

25-10-2021
VPN nədir və onu necə seçmək lazımdır?

VPN nədir və onu necə seçmək lazımdır?

21-09-2022
Kaspersky Azərbaycanda Android istifadəçilərinə olunan hücümları araşdırıb

Kaspersky Azərbaycanda Android istifadəçilərinə olunan hücümları araşdırıb

25-07-2022
Evdən, kafedən və ya ortaq iş mərkəzlərindən təhlükəsiz işləmək üçün Kaspersky-dən 7 tövsiyə

Evdən, kafedən və ya ortaq iş mərkəzlərindən təhlükəsiz işləmək üçün Kaspersky-dən 7 tövsiyə

22-08-2022
Kaspersky internet məlumatları ilə davtanış qaydalarını açıqlayıb

Kaspersky internet məlumatları ilə davtanış qaydalarını açıqlayıb

29-01-2022
Kaspersky Lab fərdi istifadəçilərin müdafiəsini təkmilləşdirir

Kaspersky Lab fərdi istifadəçilərin müdafiəsini təkmilləşdirir

02-09-2016
Android telefonlarda təhlükəsizliyi necə qorumalı?

Android telefonlarda təhlükəsizliyi necə qorumalı?

19-08-2015
 "Black Friday" endirimlərində kiberhücumlar- Xəbərdarlıq

"Black Friday" endirimlərində kiberhücumlar- Xəbərdarlıq

25-11-2022
Kaspersky fişinqdən qorunmağın 6 üsulunu açıqlayıb

Kaspersky fişinqdən qorunmağın 6 üsulunu açıqlayıb

11-12-2021
Elektron Təhlükəsizlik Xidməti xəbərdarlıq yayıb

Elektron Təhlükəsizlik Xidməti xəbərdarlıq yayıb

07-03-2019
Şəbəkə uşaq oyuncağı deyil: uşağı internetdə necə qorumalı

Şəbəkə uşaq oyuncağı deyil: uşağı internetdə necə qorumalı

26-08-2022
Kaspersky məlumatların qara bazardakı qiymətini təhlil edib

Kaspersky məlumatların qara bazardakı qiymətini təhlil edib

21-12-2020
Azərbaycanda qlobal brendlərlə bağlı saxta iş elanları artır - Xəbərdarlıq

Azərbaycanda qlobal brendlərlə bağlı saxta iş elanları artır - Xəbərdarlıq

04-08-2023
Səyahətdə olanda internetə qoşulmaq təhlükəlidir?

Səyahətdə olanda internetə qoşulmaq təhlükəlidir?

05-07-2016
Təcavüzkarlar blogerlərin hesablarını ələ keçirirlər

Təcavüzkarlar blogerlərin hesablarını ələ keçirirlər

28-02-2023
Ötən il iki milyon istifadəçi şifrə oğurlayan proqramların hücumuna məruz qalıb

Ötən il iki milyon istifadəçi şifrə oğurlayan proqramların hücumuna məruz qalıb

30-01-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə