Previous Next
Bağla

Microsoft və Gilan Holding arasında mühüm saziş imzalanıb

05-02-2019 10:26
Microsoft və Gilan Holding arasında mühüm saziş imzalanıb

“Microsoft” korporasiyası kibertəhlükəsizliyin yaxşılaşdırılması üzrə Azərbaycan hökumətinin strategiyasının dəstəklənməsi çərçivəsində “Gilan Holding” ilə yeni korporativ müqavilə (“Enterprise Agreement”) imzalayıb və bununla da rəqəmsal transformasiya sahəsində sözügedən şirkətlər qrupunun strateji tərəfdaşına çevrilib. Azərbaycanın ən iri holdinqi sayılan “Gilan” hazırda “Microsoft”un ən son texnologiyalarından istifadə edərək süni intellekt və sürətli idarəetmə sürətinin optimallaşdırılması sahələrində uğur qazanmağa imkan verir.

Xeberler.az  bildirir ki, szişin əsas məqsədi informasiya texnologiyalarının tətbiqi və pirat proqram təminatının aradan qaldırılması istiqamətində Azərbaycan hökumətinin siyasətini dəstəkləmək, yeni nəsil informasiya texnologiyalarının biznesə daxil edilməsi prosesində texnologiya nəhəngindən dəstək almaqdır.

“Biz “Microsoft” şirkəti olaraq ölkənin ən böyük özəl strukturlardan biri olan “Gilan Holding”lə əməkdaşlığa başlamaqdan məmnunuq. Üzərimizə götürdüyümüz öhdəlik eyni zamanda “Azure” vasitəsilə süni intellekt xidmətlərini təmin etməklə və rəqəmsal transformasiya köməyi ilə beynəlxalq rəqabətqabiliyyətini artırmaqla holdingin müxtəlif biznes portfellərinin idarəolunmasını asanlaşdıracaq. Əməkdaşlığımız məhsuldarlığı və efektiv idarəetmənin inkişafına gətirib çıxaran informasiya texnologiyalarına olan inam səviyyəsini artırmaq məqsədini daşıyır”, - deyə “Microsoft Azerbaijan” şirkətinin baş direktoru Sərxan Həşimov bildirib.

IDC-nin məlumatına görə, son bir neçə il ərzində kibercinayətkarlığın səviyyəsi misli
görünməmiş miqyasa çatıb və müxtəlif müəssisələrdə bir sıra İT-infrastruktura dəymiş ziyanın həcmi təxminən 400 milyard ABŞ dollarına bərab olub. Kibercinayətkarlar qeyri-qanuni maliyyə mənfəəti üçün zərərli proqramlar yaradır və məlumatların oğurlanması, casusluq və ya digər cinayət əməllərini həyata keçirirlər. Bu səbəbdən saxta və ya lisenziyasız proqramları istifadə edən təşkilatlar riskə məruz qalır.

MDB ölkələri hazırda rəqəmsal transformasiya dövrünü yaşayırlar. Bu prosesin çətin olmasına baxmayaraq, ölkə iqtisadiyyatı üçün çox vacibdir. Azərbaycanda İKT iqtisadiyyatın qeyri-neft sektorunda prioritet sahələrindən biridir. “Gilan Holding” Azərbaycan iqtisadiyyatının əsas iştirakçılarından bir olaraq, informasiya texnologiyalarını da rəqəmsal transformasiya prosesinin prioritetlərindən biri hesab edir.

«“Microsoft”la sözügedən sənədin imzalanması “Gilan Holding”ə texnologiya inkişafında yeni səviyyəyə keçid prosesində yüksək nailiyyətlər əldə etməyə imkan verəcək», - deyə “Gilan Holding”in İnformasiya texnologiyaları üzrə direktoru Nizami Mansurov qeyd edib.

“Microsoft” ilə müqavilənin ratifikasiyası “Gilan Holding”in rəqəmsal transformasiyaya doğru ilk qlobal addımıdır. “Azure”/”Cloud” məhsul və öhdəliklərini nəzərə alan bu saziş özündə informasiya texnologiyaları sahəsində dövlət siyasətini və pirat proqramından imtinanı əks etdirir. “Microsoft”un texnologiyalarına biznes proseslərin şəffaflığı, proqnozlu analitika və orijinal proqram təminatından istifadə edərək informasiya sistemlərinin etibarlılığına, o cümlədən lazımsız İT-risklərdən, kiberhücumlardan və şəxsi məlumatların oğurlanmasından müdafiəyə zəmanət verən texniki dəstək daxildir. Hazırda “Gilan Holding” hibrid və bulud həlləri əsasında “Azure”dan istifadə etməklə idarəetmə üçün süni intellekt xidmətlərini təqdim edir. Bundan başqa, sözügedən yeni sistemlər kadrların inkişafına kömək edəcək və yeni texnologiyaların faydalarını maksimum dərəcədə artıracaq.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

ADNSU Microsoft həllərindən istifadə edəcək

18-04-2018

NEQSOL Holding qlobal təlim təchizatçısı O'Reilly ilə tərəfdaşlığa başlayır

25-05-2023

Bakıda Ali təhsilin rəqəmsal transformasiyası seminarı keçirilib

04-01-2019

“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşıdır

24-09-2025

"NEQSOL Holding" əməkdaşların kibertəhlükəsizlik biliklərini artırmaq üçün "Infosec IQ" ilə tərəfdaşlıq edir

03-10-2023

NEQSOL Holding Azərbaycanda ən iri vergi ödəyiciləri sırasına daxil olub

06-03-2025

Microsoft yeni məhsullarını təqdim edir

30-11-2016

Microsoft Azərbaycanda Əşyaların İnterneti laboratoriyasını yaradacaq

02-11-2018

AzerTelecom Microsoft-un rəsmi tərəfdaşı oldu

22-07-2019

Microsoft əməkdaşlıq müqaviləsi bağlayıb

18-07-2019

NEQSOL Holding şirkətləri Azərbaycanda ən iri vergi ödəyiciləri sırasında

14-04-2026

Azerfon və Softline Microsoft Enterprise Agreement müqaviləsini imzaladılar

16-04-2010

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə NEQSOL Holding arasında Anlaşma imzalanıb

29-11-2023

Microsoft korporasiyası Bakutel 2018 sərgisində innovasiya texnologiyalarını təqdim edəcək

30-11-2018

Microsoft texnologiyaların inkişafına 12 milyard ayırıb

16-03-2017

Lisenziyalı proqramların alınması üçün saziş imzalandı

12-07-2018

Microsoft qeyri-kommersiya qurumlara 1 milyard dollarlıq yardım etdi

21-01-2016

Sosial biznes və sahibkarlıq proqramının final mərhələsi keçirilib.

05-06-2018

Bakcell və Ultra Microsoft Enterprise müqaviləsi imzalayıb

07-09-2010

"Bakcell” “INMerge” Sammitində ən son innovasiyalarla çıxış edir

29-09-2025

Dövlət orqanlarının proqram təminatlarının lisenziyalaşdırılması işinə başlanıldı

14-08-2009

Bakcell Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) sisteminə qoşulub

17-03-2026

Microsoft Bakıda proqramçılar üçün seminar keçirib

24-04-2017

Peşə Təhsil Mərkəzində Microsoft məhsullarının səmərəliliyindən danışılıb

24-12-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə