İctimai nəqliyyatda və ya ev şəraitində ağıllı telefon, planşet və ya noutbukla gizli yazışmalar aparırıq. Bu zaman sizinlə yanaşı əyləşən və ya sizin çiyninizin üstündən boylanan insanların bu yazışmaları oxumasından narahatlıq hissinə qapıla bilirik.
Cihazlarınızı digərlərinin baxışından qoruyacaq örtüklər olsa da, onlar həmişə əlverişli deyil. Xəbərlər-in xarici mətbuata istinadən məlumatına görə, bütün bu səbəblər Microsoftu bu problemi aradan qaldıracaq özəl bir texnologiya patentini almasına vadar edib.
Şirkət səlahiyyətlilərinin açıqlamasına görə, Microsoft monitordakı məlumatları görməyinizi təmin edən işıqlandırma sistemi yaratmağı qarşısına məqsəd qoyub. 3D təsirə malik texnologiya sayəsində sizinlə yanaşı əyləşən və ya sizin çiyninizin üstündən boylanan şəxslər nə yazışdığınızı görə bilməyəcək.
2001-ci ildə Apple şirkəti də buna bənzər bir patent almışdı.
Sevinc Əsədova
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri