Previous Next
Bağla

Mobil hesablama buludların imkanları müzakirə edilib

25-02-2017 10:33
Mobil hesablama buludların imkanları müzakirə edilib

AMEA İnformasiya Texnologiyaları İnstitutunda “Mobil Cloud Computing: mövcud vəziyyəti, imkanları və problemləri” mövzusunda  seminar keçirilib.

Xeberler.az-ın məlumatına görə, institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov seminarın mobil hesablama buludlarının mövcud vəziyyəti və problemlərinə həsr olunduğunu bildirib.

Onun sözlərinə görə, mobil hesablama buludlarının mobil qurğuları baza stansiyalarının köməyi ilə İnternet üzərindən hesablama buludları sistemlərinə qoşan və onun xidmətlərindən istifadəni təmin edən yeni şəbəkə texnologiyasıdır.

Rəşid Ələkbərov  mobil avadanlıqların mövcud vəziyyətinin müxtəlif göstəricilər üzrə inkişaf dinamikasını təqdim edərək mobil avadanlıqlar, İnternet istifadəçiləri və İnternetə qoşulan mobil avadanlıqların inkişaf dinamikası, İnternetə qoşulan kompüter avadanlıqları, smartfonların 1 aylıq İnternet trafiki, mobil avadanlıqlarda istifadə edilən əməliyyat sistemlərinin paylanması qrafikini diqqətə çatdırıb.

O, həmçinin mobil istifadəçilərin gündəlik istifadə etdiyi kontentin paylanma qrafiki, mobil İnternetin arxitekturası, mobil bulud xidmətləri istifadəçilərinin artım dinamikası, mobil Cloud Computing sisteminin arxitekturası, mobil Cloud Computing-də istifadə edilən xidmətlər və mobil istifadəçilərə Cloud Computing xidmətləri göstərən kiçik hesablama buludları – Cloudlet barədə məlumat verib.

 Mobil hesablama buludlarının üstünlüklərindən söz açan məruzəçi qeyd edib ki, Cloud Computing mobil qurğuların batareyalarının işləmə müddətinin uzadılması, hesablama gücü və yaddaş həcminin artırılması, məlumatlarının bir neçə ehtiyat kompüterlərdə saxlanılması ilə etibarlılığının artırılmasına və s. imkan yaradır.

Cloud Computing-in “Mobile Commerce”, “Mobile HealthCare”, “Mobile Learning”, “Mobile Gaming” kimi sahələrdə geniş tətbiq olunduğunu söyləyən O.Ələkbərov mərkəzləşdirilmiş və iyerarxik arxitekturalı mobil hesablama buludları, o cümlədən mobil hesablama buludlarının əsas kriteriyaları haqqında ətraflı məlumat verib.

Günel

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Mobil hesablama buludları ilə bağlı kitab nəşr olunub

05-02-2018

İT-nin çoxaspektli problemləri araşdırılır

10-02-2017

İnstitut əməkdaşlarının məqaləsi beynəlxalq konfransın materiallarında dərc olunub

25-10-2018

AMEA HP və IBM şirkətləri ilə VEM-in yaradılması ilə əlaqədar danışıqlar aparı

25-02-2011

AzScienceNet-in imkanları genişləndirilir

09-03-2017

İnformasiya Texnologiyaları İnstitutunda elmi seminar keçirilib

07-02-2025

Bulud resursları ilə bağlı yeni model təklif olunub

28-03-2023

AzScienceCert-in fəaliyyəti genişləndirilir

09-02-2016

AzScienceNet şəbəkəsində Grid sistemi yaradılır

22-04-2016

Hesablama sistemlərinin yaradılması texnologiyaları barədə informasiya nəşr olunub

24-11-2015

Təhsil müəssisələri AMEA-nın Wi-Fi şəbəkəsindən istifadə edəcək

14-04-2017

Superkompüter texnologiyaları ilə bağlı elmi seminar keçirilib

16-02-2016

AzScienceNet şəbəkəsi təkmilləşdirilir

01-10-2015

Microsoft-un Data Mərkəzlərinin ümumi dəyəri nə qədərdir?

07-04-2017

Yaddaş resurslarının optimal paylanması modeli təklif olunub

07-09-2015

Bu instituta virtual maşınlarından istifadə hüququ verildi

08-06-2017

Məlumat Hesablama Mərkəzinin stendi maraqla qarşılanıb

17-08-2019

Mobil cihazlarla bağlı elektron xidmətlər aktual olub

02-07-2015

Ötən ilin seçilən texnologiyaları

02-01-2009

Elektron xidmətləri ilk iOS istifadəçiləri əldə edəcək

09-10-2015

AzScienceNet və AzEduNet arasında əməkdaşlıq əlaqələri genişlənir

27-07-2018

Portalın mobil tətbiqi nə vaxt istifadəyə veriləcək?

07-09-2015

AzScienceNet-in İnternet Xidmətləri Mərkəzi açılacaq

07-10-2016

E-kitabxana sistemlərinin təhlükəsizliyi müzakirə edilib

04-04-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə