Previous Next
Bağla

Bu instituta virtual maşınlarından istifadə hüququ verildi

08-06-2017 18:21
Bu instituta virtual maşınlarından istifadə hüququ verildi

AMEA Fizika İnstitutunun innovasiya sektorunun əməkdaşları epitaksial təbəqələrdə (Zn, Sn, Mn)As2) antiferromaqnit-ferromaqnit faza keçidləri ilə bağlı geniş tədqiqat işi aparırlar.

Qeyd edilən tədqiqat istiqaməti spin-sahə tranzistorları və yaxın gələcəkdə yeni nəsil informasiya-kommunikasiya texnologiyaları avadanlıqlarının yaradılmasında mühüm perspektivlərə malik spintronika ilə sıx bağlıdır. Epitaksial təbəqələrdə antiferromaqnit-ferromaqnit faza keçidləri ilə əlaqədar tədqiqat işinin əsas hissəsi kompüter modelləşdirilməsi yolu ilə aparıldığından əlavə hesablama resurslarına tələbat yaranıb.

Bu səbəbdən AMEA İnformasiya Texnologiyaları İnstitutunun AzScienceNet Elm-Kompüter Şəbəkəsinin mütəxəssisləri tərəfindən AMEA Fizika İnstitutunun əməkdaşlarına bir il müddətinə 24 nüvəyə və 16 GB əməli yaddaşa malik olan virtual maşınlardan istifadə hüququ verilib.

Bu barədə Xeberler.az-a AMEA-dan məlumat verilib.

Qeyd edilib ki, bu maşınlar Fizika İnstitutunda epitaksial təbəqələrdə antiferromaqnit-ferromaqnit faza keçidləri ilə bağlı aparılan tədqiqat işlərində qarşıya qoyulan məsələlərin qısa vaxt ərzində həll edilməsinə imkan verəcək.

AzScienceNet şəbəkəsi, həmçinin Fizika İnstitutunu Cloud Computing və Cloud Storage xidmətləri ilə təmin edir. 

Bu yaxınlarda Fizika İnstitutunun Grid mərkəzi fiber-optik kabel vasistəsilə AzScienceNet şəbəkəsinə qoşulmuş və mərkəzin əməkdaşlarına şəbəkənin xidmətlərindən istifadə imkanı təqdim olunub.

Məltəm Talıbzadə

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bu instituta AzScienceNet-in virtual maşınlarından istifadə hüququ verildi

24-10-2017

Yeni institut AzScienceNet-ə qoşuldu

08-06-2017

AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun şəbəkə infrastrukturu yenidən qurulub

25-06-2015

AMEA-da superkompüterdən istifadə olunur

25-04-2018

Fizika İnstitutunda Wi-Fi şəbəkəsi yenidən qurulub

15-02-2017

AzScienceNet-in imkanları genişləndirilir

09-03-2017

10 ali təhsil müəssisə AzScienceNet-ə qoşuldu

02-06-2017

AMEA korporativ e-poçtda yaranan problemlə bağlı məlumat yayıb

01-06-2020

İnformasiya Texnologiyaları İnstitutu hosting xidməti göstərir

04-01-2013

İnformasiya Texnologiyaları İnstitutunun yubileyi keçiriləcək

23-07-2020

AMEA HP və IBM şirkətləri ilə VEM-in yaradılması ilə əlaqədar danışıqlar aparı

25-02-2011

AzScienceNet və AzEduNet arasında əməkdaşlıq əlaqələri genişlənir

27-07-2018

AzScienceNet şəbəkəsinin Əsasnaməsi hazırlanıb

13-07-2020

Azərbaycanda GRİD şəbəkəsinin yaradılması yaxın bir ayda başa çatacaq

26-01-2009

Təhsil müəssisələri AMEA-nın Wi-Fi şəbəkəsindən istifadə edəcək

14-04-2017

Azərbaycan alimləri İsrailin İT təcrübəsini öyrənir

08-10-2016

Zəlzələlərin arxivi AzScienceNet-in Data Mərkəzində yerləşdirilib

13-02-2016

İnstitutda mobilliyi və çevikliyi təmin edən maddi-texniki baza formalaşdırılmalıdır

08-06-2020

Fransalı alimlər BDU-nun Nano Araşdırmalar Mərkəzi ilə əməkdaşlıq edəcək

23-09-2019

AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzi genişləndirilib

27-03-2023

AzScienceNet şəbəkəsində Grid sistemi yaradılır

22-04-2016

Milli Grid şəbəkə sistemi yaradılır

19-01-2009

AzScienceNet-in İnternet Xidmətləri Mərkəzi açılacaq

07-10-2016

AzScienceNet-in İnternet Xidmətləri Mərkəzinin açılışı olub

19-10-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə