Previous Next
Bağla

AzScienceNet şəbəkəsi təkmilləşdirilir

01-10-2015 10:01
AzScienceNet şəbəkəsi təkmilləşdirilir

AMEA İnformasiya Texnologiyaları İnstitutunda növbəti elmi seminar keçirilib. İnstitutun baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov tədbirin "AzScienceNet şəbəkəsində paralel proqramlaşdırma sistemlərinin tətbiqi” mövzusuna həsr olunduğunu bildirib. 

AMEA İnformasiya Texnologiyaları İnstitutundan Xeberler.az-a verilən məlumata görə, məruzəni İnstitut əməkdaşları Səməd Dursunov və Məmmədrəsul Yaqubov təqdim ediblər.

Səməd Dursunov böyük həcmli hesablama ilə məşğul olan mütəxəssislər üçün hesablama sürətinin artırılmasının vacib şərt olduğunu bildirib. Həmçinin, bu prosesin böyük xərc tələb etdiyini də vuğulayıb: “Bu səbəbdən proqram təminatının inkişafı və açıq tipli əməliyyat sistemlərinin yayılması sürətlənir. Bu iki amilin köməyi ilə superkompüterlərin sürətini və effektivliyini dəfələrlə az vəsait sərf edərək artırmaq mümkün olub” – deyə o bildirib.

Səməd Dursunov paralel proqramlaşdırmanın mahiyyəti, çoxprosessorlu hesablama sistemlərinin nümunə topologiyaları, matriks vurma haqqında da məlumat verib.

Digər məruzəçi Məmmədrəsul Yaqubov paralel hesablamanın üstünlüklərindən danışıb. Bu növ hesablamaların həlli çətin olan, əsasən böyük zəhmət tələb edən problemlərin həllində istifadə olunduğunu bildirib. Paralel hesablama ilə proqramın performansının artdığını, böyük məsələlərin daha az vaxtda həll olunduğunu qeyd edib. Paralel hesablama sistemləri, performans və qiymət, alqoritmlər, paralel sistemlər, paralel proqramlaşdırma modellərindən də bəhs edib.

 

Sevinc Çəltikova

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

AzScienceNet şəbəkəsində Grid sistemi yaradılır

22-04-2016

Hesablama sistemlərinin yaradılması texnologiyaları barədə informasiya nəşr olunub

24-11-2015

Superkompüter texnologiyaları ilə bağlı elmi seminar keçirilib

16-02-2016

E-kitabxana sistemlərinin təhlükəsizliyi müzakirə edilib

04-04-2016

Mobil hesablama buludların imkanları müzakirə edilib

25-02-2017

AzScienceNet-in maddi-texniki bazası gücləndirilir

20-09-2015

AzScienceNet -də VPN texnologiyası ilə bağlı seminar keçirilib

11-05-2016

Mobil hesablama buludları ilə bağlı kitab nəşr olunub

05-02-2018

Bu instituta AzScienceNet-in virtual maşınlarından istifadə hüququ verildi

24-10-2017

AzScienceCert-in fəaliyyəti genişləndirilir

09-02-2016

AMEA-da superkompüterdən istifadə olunur

25-04-2018

İnformasiya Texnologiyaları İnstitutunda elmi seminar keçirilib

07-02-2025

Təhsil müəssisələri AMEA-nın Wi-Fi şəbəkəsindən istifadə edəcək

14-04-2017

AzScienceNet-in imkanları genişləndirilir

09-03-2017

Səməd Bəşirli: Məhsuldarlığı artırmaq üçün texnologiya yeganə şərt deyil

10-02-2025

“E-kitabxanalarda bulud texnologiyalardan geniş istifadə edilir”

08-04-2016

İnformasiya Texnologiyaları İnstitutunda yeni təyinat olub

28-01-2016

AzScienceNet-in İnternet Xidmətləri Mərkəzi açılacaq

07-10-2016

İnformasiya Texnologiyaları İnstitutunda Elmi Şuranın iclası keçirilib

20-04-2012

İT-nin çoxaspektli problemləri araşdırılır

10-02-2017

Geologiya İnstitutunda informasiya-hesablama sistemi təşkil ediləcək

14-10-2014

AzScienceNet və AzEduNet arasında əməkdaşlıq əlaqələri genişlənir

27-07-2018

İnternet-reklamda hansı proqramlardan istifadə edilir?

12-05-2017

Yaddaş resurslarının optimal paylanması modeli təklif olunub

07-09-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə