Previous Next
Bağla

Hackathon müsabiqəsinə start verildi

11-03-2019 16:56
Hackathon müsabiqəsinə start verildi

“Kibertəhlükəsizlik həftəsi” çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Elektron Təhlükəsizlik Xidməti, Məlumat Hesablama Mərkəzi və Yüksək Texnologiyalar Parkı tərəfindən, Dövlət Radiotezliklər İdarəsinin tərəfdaşlığı ilə “Hackathon” müsabiqəsi təşkil olunub.

Xeberler.az  bildirir ki, bu gün Yüksək Texnologiyalar Parkında müsabiqəyə start verilib. Bildirilib ki, müsabiqənin keçirilməsində məqsəd informasiya sistemlərinə
edilən müdaxilələri aşkar edən unikal monitorinq sisteminə dair həllərin (IDS üçün skript, modul və ya proqram həlli) təqdim edilməsidir. Tədbirdə çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin rəisi Faiq Fərmanov deyib ki, mütəmadi olaraq təşkil olunan “Hackathon” yarışlarının məqsədi potensiallı gənclərin bir mühitdə toplanması, informasiya texnologiyaları üzrə bilik və bacarıqların inkişaf etdirilməsi, müvafiq tapşırıqların komanda şəklində həyata keçirilməsi, maraqlı və innovativ layihələrin meydana gəlməsinə şərait yaratmaqdır. Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə regional bölməsinin rəhbəri Kirill Oparin bildirib ki, bu gün Beynəlxalq Telekommunikasiya İttifaqı “Hackathon” müsabiqələrinin keçirilməsinə böyük önəm verir.

“Azərbaycanın bu sahədə artıq müəyyən təcrübəsi var. Bu dəfə kibertəhlükəsizlik həllərinə həsr olunan müsabiqə qloballaşan dünya üçün olduqca əhəmiyyətlidir. Texnologiyalar hər birimizin həyatına nüfuz edib, bu, kifayət qədər müsbət tendensiya olsa da, hər birimizi kibertəhdidlərə qarşı ayıq-sayıq olmağa sövq edir. Bu baxımdan, Azərbaycanda belə bir beynəlxalq həftənin keçirilməsini təqdirəlayiq hesab edirik” - deyə K.Oparin  əlavə edib.

24 saat ərzində davam edəcək müsabiqədə 20-dən çox mütəxəssis, 6 komanda iştirak edir. İştirakçılar kibertəhlükəsizlik sahəsində baza biliklərinə, ən azı bir proqramlaşdırma dilində (Python, C#, Java və ya Bash Scripting və s.) eləcə də, Server Əməliyyat sistemləri (Windows Server Ailəsi və Linux Serverlər) üzrə kafi bilik və təcrübəyə, komandada işləmək və təqdimat bacarığına malik şəxslərdən seçilib. Münsiflər iştirakçıları “Unikallıq”, “İnnovativlik”, “Səmərəlilik” və “Təqdimat” kriteriləri əsasında qiymətləndirəcək. I yer üzrə 4000 AZN, II yer üzrə 2000 AZN, III yer üzrə isə 1000 AZN məbləğində pul mükafatı təqdim olunacaq.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Hackathon müsabiqəsinin qalibləri mükafatlandırıldı

Hackathon müsabiqəsinin qalibləri mükafatlandırıldı

15-03-2019
Azərbaycanda Kibertəhlükəsizlik həftəsi keçiriləcək

Azərbaycanda Kibertəhlükəsizlik həftəsi keçiriləcək

04-03-2019
“Hackathon” müsabiqəsinə qeydiyyat başladı

“Hackathon” müsabiqəsinə qeydiyyat başladı

18-02-2020
Azercell “CyberCell Hackathon”a start verir

Azercell “CyberCell Hackathon”a start verir

18-10-2025
Hackathon-AzIn 2018 müsabiqəsinə  start verilib

Hackathon-AzIn 2018 müsabiqəsinə start verilib

30-10-2018
Hackathon-un qalibləri bəlli oldu

Hackathon-un qalibləri bəlli oldu

01-11-2018
AzInTelecom Hackathon keçirir

AzInTelecom Hackathon keçirir

23-10-2018
"SmartSolutions Hackathon 2026" sabah start götürür

"SmartSolutions Hackathon 2026" sabah start götürür

09-04-2026
AZCLOUD Hackathon 2019 müsabiqəsinə start verilir

AZCLOUD Hackathon 2019 müsabiqəsinə start verilir

27-08-2019
Proqramçılar yarışa çıxır

Proqramçılar yarışa çıxır

26-10-2018
CTF 2019 müsabiqəsinin qalibləri müəyyən edilib

CTF 2019 müsabiqəsinin qalibləri müəyyən edilib

20-12-2019
Elektron Təhlükəsizlik Xidməti tərəfindən elan edilmiş təcrübə proqramına  start verilib

Elektron Təhlükəsizlik Xidməti tərəfindən elan edilmiş təcrübə proqramına start verilib

05-08-2022
“AZCLOUD Hackathon 2019” müsabiqəsinə qeydiyyat başlayıb

“AZCLOUD Hackathon 2019” müsabiqəsinə qeydiyyat başlayıb

02-07-2019
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “AZCLOUD Hackathon 2019" müsabiqəsini təşkil edir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “AZCLOUD Hackathon 2019" müsabiqəsini təşkil edir.

01-07-2019
Azercell “CyberCell Hackathon” müsabiqəsinin qaliblərini elan edib

Azercell “CyberCell Hackathon” müsabiqəsinin qaliblərini elan edib

31-10-2025
AZCLOUD Hackathon 2019-un mətbuat konfransı keçirilib

AZCLOUD Hackathon 2019-un mətbuat konfransı keçirilib

28-08-2019
 Mobil tətbiq müsabiqəsinin qalibləri-Foto

Mobil tətbiq müsabiqəsinin qalibləri-Foto

07-12-2017
Kibertəhlükəsizlik: çağırışlar, trendlər və qabaqcıl təcrübələr mövzusunda seminar keçirilib

Kibertəhlükəsizlik: çağırışlar, trendlər və qabaqcıl təcrübələr mövzusunda seminar keçirilib

22-11-2018
Azərbaycanda II Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” keçiriləcək

Azərbaycanda II Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” keçiriləcək

22-02-2020
Nazir AZCLOUD Hackathon 2019-un iştirakçıları ilə görüşüb

Nazir AZCLOUD Hackathon 2019-un iştirakçıları ilə görüşüb

30-08-2019
MDB ölkələrinin kibertəhlükəsizlik üzrə milli qruplarının bilik və bacarıqları yoxlanılıb

MDB ölkələrinin kibertəhlükəsizlik üzrə milli qruplarının bilik və bacarıqları yoxlanılıb

08-09-2018
Elektron Təhlükəsizlik Xidmətinin təcrübə proqramı yekunlaşıb

Elektron Təhlükəsizlik Xidmətinin təcrübə proqramı yekunlaşıb

07-10-2022
MDB ölkələri üçün kibertəhlükəsizlik üzrə ilk regional təlimlər Bakıda keçirilir

MDB ölkələri üçün kibertəhlükəsizlik üzrə ilk regional təlimlər Bakıda keçirilir

05-09-2018
“Azercell Hackathon 2022” yarışması başa çatdı!

“Azercell Hackathon 2022” yarışması başa çatdı!

27-01-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə