Previous Next
Bağla

Hackathon müsabiqəsinin qalibləri mükafatlandırıldı

15-03-2019 13:00
Hackathon müsabiqəsinin qalibləri mükafatlandırıldı

“Kibertəhlükəsizlik həftəsi” çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Elektron Təhlükəsizlik Xidməti, Məlumat Hesablama Mərkəzi və Yüksək Texnologiyalar Parkı tərəfindən, Dövlət Radiotezliklər İdarəsinin tərəfdaşlığı ilə təşkil olunan “Hackathon” müsabiqəsi başa çatıb.

Xeberler.az  bildirir ki, 11-12 mart tarixlərində keçirilən müsabiqənin qalibləri bu gün keçirilən mükafatlandırma mərasimində təltif edilib. Müsabiqə iştirakçıları informasiya sistemlərinə edilən müdaxilələri aşkar edən unikal monitorinq sisteminə dair həllər (IDS üçün skript, modul və ya proqram həlli) təqdim ediblər. 30 saat ərzində müsabiqədə 20-dən çox mütəxəssis, 6 komanda iştirak edib. İştirakçılar kibertəhlükəsizlik sahəsində baza biliklərinə, ən azı bir proqramlaşdırma dilində (Python, C#, Java və ya Bash Scripting və s.) eləcə də, Server Əməliyyat sistemləri (Windows Server Ailəsi və Linux Serverlər) üzrə kafi bilik və təcrübəyə, komandada işləmək və təqdimat bacarığına malik şəxslərdən seçilib.

Münsiflər iştirakçıları “Unikallıq”, “İnnovativlik”, “Səmərəlilik” və “Təqdimat” kriteriləri əsasında qiymətləndirib. Beləliklə, I yerə “CTR_BHOS”, II yerə “Hack You”, III yerə “Malware” komandaları layiq görülüb. I, II və III yerin sahiblərinə müvafiq olaraq 4000 (4 min), 2000 (2 min) və 1000 (min) AZN məbləğində pul mükafatı təqdim olunub.

Bütün iştirakçılara isə müsabiqədə iştiraka görə sertifikatlar verilib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən mütəmadi olaraq təşkil olunan “Hackathon” yarışlarının məqsədi potensiallı gənclərin bir mühitdə toplanması, informasiya texnologiyaları üzrə bilik və bacarıqlarının inkişaf etdirilməsi, müvafiq tapşırıqların komanda şəklində həyata keçirilməsi, maraqlı və innovativ layihələrin meydana gəlməsinə şərait yaratmaqdır. Qeyd edək ki, Azərbaycanda ilk dəfə olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təşkil edilən beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” bu gün öz işini yekunlaşdırıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Hackathon müsabiqəsinə start verildi

Hackathon müsabiqəsinə start verildi

11-03-2019
Azərbaycanda Kibertəhlükəsizlik həftəsi keçiriləcək

Azərbaycanda Kibertəhlükəsizlik həftəsi keçiriləcək

04-03-2019
Hackathon-un qalibləri bəlli oldu

Hackathon-un qalibləri bəlli oldu

01-11-2018
“Hackathon” müsabiqəsinə qeydiyyat başladı

“Hackathon” müsabiqəsinə qeydiyyat başladı

18-02-2020
 Mobil tətbiq müsabiqəsinin qalibləri-Foto

Mobil tətbiq müsabiqəsinin qalibləri-Foto

07-12-2017
AzInTelecom Hackathon keçirir

AzInTelecom Hackathon keçirir

23-10-2018
Hackathon-AzIn 2018 müsabiqəsinə  start verilib

Hackathon-AzIn 2018 müsabiqəsinə start verilib

30-10-2018
Barama FinTech Hackathon yarışmasının nəticələri açıqlandı

Barama FinTech Hackathon yarışmasının nəticələri açıqlandı

29-11-2018
Azercell “CyberCell Hackathon”a start verir

Azercell “CyberCell Hackathon”a start verir

18-10-2025
CTF 2019 müsabiqəsinin qalibləri müəyyən edilib

CTF 2019 müsabiqəsinin qalibləri müəyyən edilib

20-12-2019
“Azercell Hackathon 2022” yarışması başa çatdı!

“Azercell Hackathon 2022” yarışması başa çatdı!

27-01-2022
Proqramçılar yarışa çıxır

Proqramçılar yarışa çıxır

26-10-2018
Azercell “CyberCell Hackathon” müsabiqəsinin qaliblərini elan edib

Azercell “CyberCell Hackathon” müsabiqəsinin qaliblərini elan edib

31-10-2025
Global Virtual Hackathon müsabiqəsinin qalibləri müəyyənləşib

Global Virtual Hackathon müsabiqəsinin qalibləri müəyyənləşib

13-04-2020
Kibertəhlükəsizlik üzrə beynəlxalq sertifikatlaşdırma seminarı keçirilib

Kibertəhlükəsizlik üzrə beynəlxalq sertifikatlaşdırma seminarı keçirilib

05-03-2020
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “AZCLOUD Hackathon 2019" müsabiqəsini təşkil edir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “AZCLOUD Hackathon 2019" müsabiqəsini təşkil edir.

01-07-2019
Nazir AZCLOUD Hackathon 2019-un iştirakçıları ilə görüşüb

Nazir AZCLOUD Hackathon 2019-un iştirakçıları ilə görüşüb

30-08-2019
AZCLOUD Hackathon 2019 müsabiqəsinə start verilir

AZCLOUD Hackathon 2019 müsabiqəsinə start verilir

27-08-2019
II və III yer üzrə qaliblər təltif olunub

II və III yer üzrə qaliblər təltif olunub

29-05-2022
“AZCLOUD Hackathon 2019” müsabiqəsinə qeydiyyat başlayıb

“AZCLOUD Hackathon 2019” müsabiqəsinə qeydiyyat başlayıb

02-07-2019
Daha üç uğurlu startap ideyası qalib oldu

Daha üç uğurlu startap ideyası qalib oldu

01-06-2018
AZCLOUD Hackathon 2019-un mətbuat konfransı keçirilib

AZCLOUD Hackathon 2019-un mətbuat konfransı keçirilib

28-08-2019
Rabitə və yüksək texnologiyalar sahəsinin “ən peşəkarları” məlum olacaq

Rabitə və yüksək texnologiyalar sahəsinin “ən peşəkarları” məlum olacaq

17-11-2015
Rabitə və yüksək texnologiyalar sahəsinin “ən peşəkarları”  məlum oldu

Rabitə və yüksək texnologiyalar sahəsinin “ən peşəkarları” məlum oldu

20-11-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə