Mobil xərcləri necə azaldaq?

05-02-2016 / 16:38

Son araşdırmalara görə, Azərbaycanda əhali il ərzində mobil rabitəyə 3 milyard manat pul xərcləyir. Bura telefon danışıqları ilə yanaşı internetdən istifadə də daxildir. Belə demək mümkünsə, müasir dünyamızı mobil rabitəsiz təsəvvür etmək mümkünsüzdü. Məhz buna görədir ki, artıq biznes adamları öz reklamlarını mobil qurğular üzərindən aparırlar.“eMarketer” analitik agentliyinin məlumatına əsasən, 2016-cı ildə qlobal mobil reklam xərcləri 100 milyard ABŞ dollarını ötəcək. 2016-cı ildə dünyada mövcud olan mobil telefon və planşetlərdə göstəriləcək reklama 101,37 milyard ABŞ dolları xərclənəcək ki, bu da  2013-cü illə müqayisədə 430 faiz yüksəkdir. 2016-2019-cu illərdə mobil reklama sərf ediləcək xərclər təxminən iki dəfə yüksələrək 195,55 milyard dollara çatacaq.  Yaxın gələcəkdə mobil reklam sahəsinə xərclərin artımı aparıcı dünya bazarlarının (xüsusilə, ABŞ və Çin) hesabına həyata keçiriləcək. 2016-cı ildə amerikalı elan verənlər mobil reklama 40,24 milyard dollar xərcləyəcək ki, bu da 2014-cü illə müqayisədə iki dəfə yüksəkdir.

Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycanda da mobil rabitədən geniş şəkildə istifadə olunur. Ölkədə fəaliyyət göstərən 3 mobil operator abunəçi bazasını artırmaq üçün mütəmadi olaraq müxtəllif tarif paketləri istifadəyə verir,endirim kampaniyaları həyata keçirir. Təbii ki,abunəçinin diqqətini ən çox iki amili özündə birləşdirən - ucuz və keyfiyyətli məhsul cəlb edir. Mobil rabitə bazarında tarif paketlərinin baha olmasi dəfələrlə müzakirə obyekti olub. Qonşu ölkələrlə müqayisədə ölkəmizdə mobil danışıqların yuxarı olması haqqında çox danışılıb. Bugünkü yazımızda biz abunəçilərə budcənizə uyğun ən sərfəli tarif paketlərini təqdim edəcəyik. İlk yazımızda 4,5 milyonluq abunəçi ailəsi ilə Azərbaycan rabitə bazarının lider mobil operatoru Azercell Telekom-un sərfəli və endirimli tarif paketləri ilə size tanış edirik. Aşağıda qeyd edəcəyimiz tarif paketlərinə qoşulmaqla mobil telefon və eləcə də internet xərclərinizi xeyli azalda bilərsiniz.

İnanılmaz tarif- 1 dəqiqə 1 qəpik 

Bu gün Azərcell-in abunəçiləri  mobil rabitə bazarında aşağı olan bir tariflə- 1 qəpiyə də danışa bilərlər. Operatorun verdiyi imkanların nəticəsidir ki, bu gün həm “Tələbə birliyi” tarifinə qoşulan bütün ali və orta ixtisas məktəblərinin tələbələri, həm də “Əkiz nömrələr” kampaniyasınn iştirakçıları 1 dəqiqəni 1 qəpik hesabı ilə danışırlar.

Müqayisə uçün qeyd edək ki, “Tələbə birliyi” və “Əkiz nömrələr”in tarifləri  bir sıra ölkələrdə təqdim edilən mobil rabitə tariflərindən qat-qat ucuzdur. Gürcüstanın  Geocell operatorunun şəbəkədaxili zənglər üçün ən ucuz və sərfəli qiyməti də Azercel-in bu danışıq qiymətindən təqribən 4 dəfə, Rusiyadan 5 dəfə, Türkiyədən 2 dəfə bahadır. Geocell-in abonentlərinə şəbəkədaxili zənglər üçün  ən ucuz halda 1 dəqiqəlik danışıq 4 qəpiyə başa gəlir. Türkiyənin Vodafone operatorunun abonentləri 1 dəqiqəlik danışığa görə Geocell-lə müqayisədə ucuz, amma “Azercell”lə müqayisədə baha olan qiymət - 2 qəpik ödəyirlər.

Rusiyanın MTC operatorunun təklif etdiyi şərtlərə görə, abonent ölkə daxilində bir bölgədən digərinə zəng etməkdən ötrü 1 dəqiqəlik danışıq üçün 5 qəpik ödəməlidir.

Qeyd edək ki, Azercell-in abunəçiləri yalnız ölkədən kənarda rouminq xidmətindən istifadə edə bilərlər. Rusiyada isə bir regiondan digərinə səfər edən abunəçi rouminq xidmətindən istifadə etməyə məcburdur ki, bu da abunəçilər üçün sərfəli hesab edilmir.

Abunəçilər üçün danışıq qiymətini daha sərfəli edən üsul

Azercell-in tarif siyasətinin düzgün həyata keçirməsini şərtləndirən və ona üstünlük qazandıran əsas amil onun tarif paketlərini abunəçilərin istəyini nəzərə almaqla və onların iqtsadi marağını təmin etməklə hazırlayaraq təqdim etməsidir.  

Abunəçilər daha sərfəli qiymətlə danışmaq üçün Azercell-in təqdim etdiyi müxtəlif paketlərdən - Azercellim, Gənc Ol, GəncSim, Bölgə, Tələbə birliyi və s.-dən birini düzgün seçərsə, öz büdcəsinə xeyli qənaət edə bilər. Bunun üçün abunəçi “Azercell”in saytındakı tarif kalkulyatorundan istifadə edərək özünə daha sərfəli olan paketi seçə bilər. Burada abonent həmin kalkulyator vasitəsi ilə bir necə sorğudan keçməklə ona hansı paketin sərfəli olduğunu çox asanlıqla müəyyənləşdirə bilir. 

Məsələn, Bakı və Abşeron yaşayan, eyni zamanda işçi olan, əsasən, şəbəkədaxili istiqamətlərdə zəng edən və 3 dəqiqədən artıq danışan abonent üçün ən sərfəli paket Gəncsim-dir. Bu paketə qoşulan abunəçilər üçün şəbəkədaxili zəng zamanı 3-cü dəqiqədən sonra danışıq pulsuz olur. Hər zəngin maksimal müddəti isə 40 dəqiqə müəyyənləşirilib . Bundan başqa, onlar həftəsonları hər 2-ci SMS / MMS – i pulsuz qazana bilirlər.

Abunəçini daha çox razı salmağa çalışan şirkət digər tarif paketlərində də pulsuz danışıq siyasətini davam etdirir. Nəinki Gənsim, hətta Bölgə tarif paketinə qoşulanlar da 3-cü dəqiqədən sonra pulsuz danışa bilərlər. Gənc Ol internet paketini seçənlərə isə 400 dəqiqəyədək tariff daxilində pulsuz danışıq verilir. Tarif seçimini düzgün aparan hər bir abonent bu dəqiqələri asanlıqla qazana bilər. 

Həm telefonla danışmağı, həm də interneti sevənlər üçün xüsusi paket  

Gənc Ol paketi daha çox internet trafiki əldə etmək imkanı verdiyindən bu paketi daha çox internetsevərlər üçün faydalı saymaq olar. Bu paketin tarifləri telefonla danışmağı və SMS-lə yazışmağı sevənlər üçün də çox sərfəlidir. Dəyəri 5 manatlıq G5 paketi-ni alanlar 2 GB-lıq  Internetlə yanaşı, 200 dəqiqə pulsuz tarifdaxili zənglər üçün zəng,  200 SMS, 8 manat dəyərində olan “G8 paketi”ni alanlar isə 4 GB-lıq internet, 400 dəqiqə tarifdaxili pulsuz zəng, 400 SMS qazana bilərlər. Üstün cəhətlərdən biri odur ki, növbəti ayda balansda aylıq abunə haqqı üçün kifayət qədər vəsait olmadıqda xidmətlərdən istifadə haqqı Gənc Ol tarif paketinə uyğun olaraq hesablanır. Bu paket abonentlərə yalnız danışıq və internet trafiki əldə etməkdə güzəşt vermir. Gənc OL-a qoşulanlar əlavə güzəştlər də əldə edirlər. Məhz onlar üçün kafe və restoranlarda, əyləncə mərkəzlərində, geyim dükanlarında, eləcə də, kinoteatrlarda və s. xüsusi endirim tətbiq edilir ki, bu da onlara büdcəyə daha çox qənaət etməyə imkan verir. Məsələn, tariff paketi çərçivəsində kino seansa bir bilet alan abunəçi ikincisini pulsuz olaraq hədiyyə alır.

Çox sərfəli paketlərdən biri hesab olunan Azercellim şəbəkəsinin abunəçiləri üçün şəbəkədaxili zənglərin 1 dəqiqəsinin qiyməti 4 qəpik, şəbəkəxarici zənglərin 1 dəqiqəsinin qiyməti 6 qəpik, 1 SMS-in qiyməti 3, 1 MMS-in qiyməti 10 qəpik, İnternetin (1 MB) qiyməti 20 qəpikdir.

Xüsusi kateqoriyadan olan insanlar üçün nəzərdə tutulan Dövlətcell və Mediacell xidmətləri  abunəçilər üçün xüsusi qiymətə olan sərfəli ünsiyyət vasitəsi hesab edilir. Bu şəbəkələrin istifadəçiləri üçün təqdim edilən danışıq paketlərinə abunə olmaqla ondan istifadə edə bilirlər. Bu paket istifadəçilərə 500, (5 manat) və 1500 dəqiqə (10 manat) danışıq imkanı verır. 

Azercell sadiqliyi də sevir. Ona sadiq olan abunəçiləri unutmayan bu mobil  operatorun  “5 il bizimlə” bonus proqramı abunəçilərə təqdim edilən ən sərfəli təkliflərdən biri hesab oluna bilər. Bu proqram 60 və daha çox fakturanı ardıcıl ödəmiş abunəçilər üçün həyata keçirilir.

Bu proqrama qoşulanlar üçün beynəlxalq zənglərə 20% endirim edilir, mövcud kredit limiti iki dəfəyədək artırılır, fakturanın ödənilməsi müddəti 14 gündən 21 günədək uzadılır. 

Müqayisə edək…

Azercell nəinki ölkə daxilində danışıq üçün, həm də beynəlxalq istiqamətli zənglər üçün əlverişli tariflər təklif edir. 

Azercell-in bütün  abunəçiləri üçün Thuraya, Emsat, Inmarsat operatorları (onlar üçün qiymət 4.18 AZN-dir) istisna olmaqla, həm MDB və Baltikyanı ölkələr, həm İran, Türkiyə, həm də Avropa, Amerika və digər ölkələr üçün danışıqların qiymətləri 32 qəpikdir. Şənbə, bazar və bayram günləri, eyni zamanda günün müəyyən saatlarında abonentlər 32 qəpikdən də ucuz danışa bilərlər. Şənbə, bazar və bayram günləri bütün sutka ərzində, digər günlərdə isə saat 00:00-dan 08:00-dək beynəlxalq tariflərə 25% endirim  tətbiq edilir. Bu halda abonentlər qeyd edilən istiqamətlər üzrə 8 qəpik ucuz, yəni 24 qəpiyə danışa bilərlər.

Beynəlxalq istiqamət üzrə danışmaq istəyənlər  üçün Azercell-in “Əzizlərim” Bonus Proqramı da ucuz qiymətlər təklif edir. Bu proqram abonentə istədiyi 5 nömrəni  seçərək onları bonus proqramına qoşmağa imkan verir ki, həmin nömrələrin də 3-ü şəbəkədaxili, 1-i  şəbəkəxarici (digər mobil operator və ya şəhər nömrəsi), 1-i isə  beynəlxalq nömrə ola bilər. Bu bonus proqramına qoşulanlar üçün şəbəkədaxili zənglərin bir dəqiqəsinin qiyməti 4, şəbəkəxarici zənglərin bir dəqiqəsinin qiyməti 8, beynəlxalq zənglərin bir dəqiqəsinin qiyməti isə standart tariflərdən ucuz- 24 qəpikdir.

Ümumilikdə  Azercell-in beynəlxalq zənglər üzrə tarifləri bir sıra xarici ölkə operatorlarının qiymətlərindən dəfələrlə ucuz hesab edilə bilər. Məsələn, Rusiyanın Bilayn operatoru MDB ölkələri üzrə gələn və gedən zənglərin 1 dəqiqəsinin qiymətini 80 qəpikdən hesablayır. Bu operatorun abonentləri digər xarici ölkələrdən gələn zənglərin 1 dəqiqəsinə görə 1 manat 12 qəpik, gedən zənglərin 1 dəqiqəsinə  görə 2 manat 10 qəpik ödəyirlər.

Geocell operatorunun da  bütün istiqamətlər üzrə xaricə zəng etmək üçün müəyyənləşdirdiyi 1 dəqiqəlik danışığın qiyməti Azercell-in beynəlxalq zənglər üçün danışıq qiymətindən bahadır. “Geocell” operatoru ilə xaricə zəng etmək istəyənlər üçün 1 dəqiqəlik danışığın qiyməti təxminən 40 qəpik olduğu halda, "Azercell”in abonentləri bu xidmətdən 32 qəpiyə istifadə edirlər. 

Azercel-in internet paketlərinin qiymətləri də bır sıra xarici ölkə operatorları ilə müqayisədə daha sərfəli sayıla bilər. Məsələn, Rusiyada MTC operatorunun təqdim etdiyi 10 GB-lıq internet paketinin qiyməti 40 manat olduğu halda, Azərcel-in 10 GB-lıq internet paketinin qiyməti daha ucuz - 15 manatdır. Kampaniyalar dövründə abonentlər 10 GB-lıq internet trafikini hətta 10 manata da (10 GB=10 AZN sərfəli intenet paketi) ala bilirlər.  Azercell-in ən yüksək qiymətli hesab edilən - 30 manata olan  50 GB-lıq da limitsiz internet paketinin də  qiyməti yenə də MTC ilə müqayisədə ucuzdur. Bundan əlavə, Azercell, həmçinin, cəmi 3 AZN dəyərində abunəçiləri üçün 500MB internet paket də təklif edir ki, bu paket növü də abunəçilər üçün çox populyardır.

Abonentlərinə limitsiz internet xidməti göstərməyə daha çox üstünlük verən Azercell həm də Limitsiz Həftə sonu paketləri, Saat paketləri  (1 saatlıq internet 40 qəpikdir. 3 saatlıq internet 1 manatadır) xidmətləri tədqim edirBeləliklə qeyd etdiyimiz tarif paketlərinə qoşulmaqla, sevdiyiniz insanlarla doyunca danışıb, internetin sizə verdiyi imkanlardan rahat şəkildə yararlana bilərsiniz.

Ülviyyə

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə