Türkiyədə ermənilərdən üzr tələb edilən internet-kampaniya başlayıb

18-12-2008 / 09:50

Ankara-APA. Türkiyədə bir qrup şəxsin başladığı, 1915-ci ildə guya ermənilərə qarşı soyqırımı törədilməsi səbəbilə bu xalqdan üzr istəmə kampaniyası ciddi narazılığa səbəb olub.

APA-nın məlumatına görə, “Üzr istəyirəm” adı altında başlayan kampaniyaya qarşı bir qrup şəxs “Üzr gözləyirik” adlı internet kampaniyaya başlayıblar. Onlar ermənilərdən üzr istəyənlərin yaratdığı www.ozurdiliyoruz.com internet saytının tamamilə eynini yaradaraq buraya Xocalı soyqırımını əks etdirən fotolar yerləşdiriblər.

www.ozurbekliyorum.com ünvanlı saytda həmçinin erməni terrorçuları tərəfindən öldürülən türk diplomatları, Türkiyə Silahlı Qüvvələrinin erməni terroruna dair arxiv materialları və ermənilərin türk xalqına qarşı törətdiyi soyqırımlarına görə üzr istəmələrini gözləyənlərin siyahısı yerləşdirilib. Dünəndən başlayan “Üzr gözləyirik” kampaniyasına artıq 6 mindən artıq şəxs qoşulub.

Xatırladaq ki, ermənilərdən üzr istəyənlərin qoşulduğu kampaniya 3 gün əvvəl başlayıb və bu müddət ərzində internet-məktuba imza atanların sayı 6 mini keçməyib.
 
 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə