Hər 3 kompüterdən 1-də Windows Vista XP ilə əvəz olunub

20-08-2008 / 06:35
Ofislərdə olan hər üç kompüterdən birində Windows Vista əməliyyat sistemi Windows XP ilə əvəz olunur. Bu barədə InfoWorld şirkətinin araşdırmalarında deyilir. Araşdırma dünya üzrə üç mindən çox kompüteri əhatə edib. Bu kompüterlərin 35%-də Windows Vista əməliyyat sistemi Windows XP ilə əvəz olunub. Windows XP-nin rəsmi satışının cari ilin iyun ayının 30-da dayandırılmasına baxmayaraq Microsoft-un lisenziyalaşdırma sistemindəki boşluq Windows Vista Business və Vista Ultimate əməliyyat sistemlərindən Windows XP Professional əməliyyat sisteminə keçmək imkanı yaradır. Gələcəkdə, əgər istifadəçi Windows XP-dən imtina etmək qərarına gəlsə, o, öz kompüterində tam ödənişsiz qaydada Windows Vista əməliyyat sistemini bərpa edə bilər. Təşkilatların Windows Vista ilə işləməməsi bir sıra vacib proqramların məhz Windows XP üçün nəzərdə tutulduğu və onların yeni əməliyyat sistemi ilə uyğunlaşdırılmasının müəyyən vaxt və xərc tələb etməsi ilə əlaqələndirilir.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə