Xarici radioların milli tezlikdə yayımı dayandırıldı

30-12-2008 / 16:24

 

  MTRŞ adıçəkilən radiolara verilən lisenziyanın müddətinin uzadılmamasını qərara aldı.
  Milli Televiziya və Radio Şurası (MTRŞ) bu günkü iclasında xarici radiostansiyaların Azərbaycan ərazisində milli tezlikdə yayımlanması məsələsi müzakirə edilib. Lent.az-ın məlumatına görə, iclasda “Amerikanın səsi”, “BBC” və “Azadlıq” radiolarına verilən lisenziyaların müddətinin uzadılmaması barədə qərar qəbul olunub.

  Beləliklə, MTRŞ-nın bu qərarından sonra 2009-cu il yanvarın 1-dən adı çəkilən radioların milli tezlikdə yayımlanması dayandırılacaq.

  “Azasdlıq” radiostansiyasının Bakı ofisinin rəhbəri Xədicə İsmayılova Lent.az- bildirib ki, radiostansiyasının qərara münasibəti gün ərzində radionun saytında yerləşdiriləcək. Bundan başqa, Amerika Yayım Şurasının MTRŞ-nın qərarına münasibəti də açıqlanacaq.

 

xeberler.az/Ellada


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə