«Azərbaycan mətbuatında peşə etikası prinsiplərinin gözlənilməsi» layihəsi təqdim edilib

14-02-2009 / 09:54

Mətbuat Şurasının hazırladığı «Azərbaycan mətbuatında peşə etikası prinsiplərinin gözlənilməsi» layihəsinin təqdimatı olub. Üç mərhələdən ibarət layihə yazılı və elektron mətbuat jurnalistlərinin mövcud etik və qanunvericilik normalarına nə dərəcədə əməl etmələrini izləyəcək.

Mətbuat Şurası insanların şərəf və ləyaqətinə toxunan qəzetlərin adlarını hər ayın sonunda ictimaiyyətə çatdırmağı planlaşdırır. Mətbuat Şurasının sədri Əflatun Amaşovun sözlərinə görə, bu, jurnalistlərin peşə-etik normalarına diqqət yetirməsinə səbəb olacaq.

Qeyd edək ki, layihənin həyata keçirilməsi üçün Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi 56 min dollar məbləğində vəsait ayırıb./ANS TV/


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə