BarCamp Caspian 2009 ilə bağlı tədbir keçirildi

12-03-2009 / 15:00
Bu gün Ria-Novosti İnformasiya Agentliyində “Barcamp Caspian 2009” qeyri konfransı ilə əlaqədar toplantı keçirildi. Toplantıda Lənkəran şəhərində keçirilən Barcamp Caspian 2008 ilə bağlı hazırlanmış sujetin nümayişi oldu.

Filmdə Barcamp 2008 iştirakçılarının təəssüratları öz əksini tapıb. Xatırladaq ki, Lənkəranda keçirilən Barcamp 150-yə yaxın yerli mütəxəssisin iştirakı ilə təşkil olunmuşdur. Barcampın keçirilməsində məqsəd İKT mütəxəssislərini bir yerə toplamaq və yeni ideyaları paylaşmaqdır. Konfransda hər bir iştirakçı həm də təşkilatçıdır.

Layihə koordinatoru İlqar Mirzənin sözlərinə görə, tədbirin Qafqaz Universitetində keçirilməsinin əsas səbəbi universitetin texniki imkanlarının genişliyi və İKT bilikli tələbələrin sayının çox olmasıdır. Qeyd edək ki, növbəti Barcamp Caspian 2009 Bakı şəhərində Qafqaz Universitetində 27-29 martda baş tutacaq. Tədbirdə Azərbaycan mütəxəssisləri ilə yanaşı 20-yə yaxın ölkə nümayəndələrinin iştirakı gözlənilir. Türkiyə, Gürcüstan, Rusiya, Ukrayna, Belarusiya, Orta Asiya, Almaniya, İtaliya, İsveçrə, Hindistan da iştirak edənlər arasındadır. Tədbirin platin sponsoru Qafqaz regionunun aparıcı telekommunikasiya operatoru olan Delta Telekomdur. Bundan başqa, kompüter avadanlıqlarının dünya üzrə aparıcı istehsalçısı olan HP və Norveçin Opera Software şirkətləri də tədbirin sponsorları arasındadır.

Tədbirə Google, Yandex axtarış sistemlərinin, Sevenload Almaniyanın paylaşım saytı, Wordpress, Creative Commons kimi 60-a yaxın xarici təşkilat nümayəndələrinin qoşulacağı gözlənilir. Konfransada iştirak etmək üçün www.barcampcaspian.org saytında qeydiyyatdan keçmək kifayətdir.

ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.