Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadənin sədrlik etdiyi Standartlaşdırma üzrə “İnformasiya-kommunikasiya texnologiyaları” Texniki Komitəsi tərəfindən informasiya təhlükəsizliyi üzrə ISO/IEC 15408-2008 beynəlxalq standartının 2-ci və 3-cü hissələrinin əsasında hazırlanmış Azərbaycanın milli standartlarının layihəsi dövlət qeydiyyatına alınması üçün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə təqdim olunub. Standartların yaxın zamanda qeydiyyata alınaraq tətbiq ediləcəyi gözlənilir.
Xatırladaq ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin birgə yaratdığı Standartlaşdırma üzrə “İnformasiya-kommunikasiya texnologiyaları” Texniki Komitənin əsas məqsədi - informasiya-kommunikasiya texnologiyaları sahəsində beynəlxalq standartların tətbiqi və milli standartların hazırlanması, müvafiq tənzimləyici normativ sənədlərin işlənilməsi, onlardan istifadənin effektivliyinin artırılması, beynəlxalq və dövlətlərarası standartlaşdırma işlərində iştirak edilməsidir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri